DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makronun Rusiya və Ukrayna danışıqları ilə bağlı planı üzə çıxdı

© AFP 2024 / STEFANO RELLANDINIEmmanuel Makron
Emmanuel Makron - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Fransa prezidenti administrasiyasının adının açıqlanmayan rəsmisi Bloomberg-ə bildirib ki, Paris həmişə bütün bu cür təşəbbüslər barədə müttəfiqlərini xəbərdar edir.
BAKI, 18 aprel — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Rusiya və Ukrayna tərəfləri arasında danışıqların təşkili üçün Pekinlə işləməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Fransa lideri xarici siyasət üzrə müşaviri Emmanuel Bonna gələcək danışıqlar üçün əsas kimi istifadə oluna biləcək şərait yaratmaq üçün Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van Yi ilə işləməyi tapşırıb.

"Fransa hər şey yaxşı getsə, Rusiya və Ukrayna arasında danışıqların bu yay baş tutmasını planlaşdırır", - Agentliyin mənbələri bildirib.

Eyni zamanda bildirilir ki, Makronun planının digər Qərb ölkələri və Kiyevdən təsdiqlənməsi hələlik bəlli deyil. Öz növbəsində, Fransa prezidenti administrasiyasının adının açıqlanmayan rəsmisi Bloomberg-ə bildirib ki, Paris həmişə bütün bu cür təşəbbüslər barədə müttəfiqlərini xəbərdar edir.
Bu arada, Çin Xarici İşlər Nazirliyi məlumatı təsdiqləməyib.
Aprelin əvvəlində Makron Çinə səfər edib və orada Çin Prezidenti Si Cinpinlə danışıqlar aparıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0