DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Londonda III Çarlzın tacqoyma mərasimi münasibətilə hərbi paradın məşqi baş tutub

© AFP 2023 / MARTIN MEISSNERKral III Çarlz
Kral III Çarlz - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Bildirilib ki, Britaniya kralı III Çarlzın tacqoyma mərasimi 2023-cü il mayın 6-da baş tutacaq.
BAKI, 18 aprel — Sputnik. Londonda aprelin 18-nə keçən gecə Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi münasibətilə hərbi paradın məşqi keçirilib. Tədbirlərdə bir neçə yüz hərbçi iştirak edib. Bu barədə "Sky News" kanalı məlumat verib.
Kral Atlı Qvardiyası marşrut boyunca bir tərəfə istiqamətlə təxminən 2 km yürüş ediblər - bu, 1953-cü ildə II Elizabetin getdiyi yoldan təxminən dörd dəfə azdır. Qvardiya Bukingem sarayından Admiralteyst Arkası, Trafalqar meydanı, Uaytholl küçəsi, Parlament meydanı istiqaməti ilə yürüş edərək Vestminster Abbeyinə çatıblar.
Bu yaxınlarda bildirilib ki, Britaniya kralı III Çarlzın tacqoyma mərasimi 2023-cü il mayın 6-da baş tutacaq.
Bukinqem Sarayı III Çarlzın tacqoyma mərasiminin yürüş marşrutunu anası II Elizabetinkindən daha qısa olamsına qərar veriblər.
Rusiyanın Londondakı səfiri Andrey Kelin "RTVI" telekanalına müsahibəsində bildirib ki, mövcud vəziyyətə görə Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə dəvət gözləmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0