https://sputnik.az/20230418/hasilatin-azalacagi-narahatligi-nefti-bahalasdirir-453884076.html
Hasilatın azalacağı narahatlığı nefti bahalaşdırır
Hasilatın azalacağı narahatlığı nefti bahalaşdırır
Sputnik Azərbaycan
İqtisadi tənəzzülün və neftə tələbatın azalması səbəbindən mart ayında 70 dollara qədər ucuzlaşan neftin qiyməti ixracatçı ölkələrin hasilatı azaltması ilə... 18.04.2023, Sputnik Azərbaycan
2023-04-18T11:36+0400
2023-04-18T11:36+0400
2023-04-18T11:36+0400
neft
neft-qaz
azeri light markalı neft
qiymət
opek
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449134956_0:0:3072:1728_1920x0_80_0_0_99ccb08fa658d41dc8f06f217501b1d1.jpg
BAKI, 18 aprel — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,45 dollar artaraq 85,21 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 81,21 dollar təşkil edib. Azərbaycan neftinin ("Azeri Light") qiyməti isə 1,5 dollar azalaraq 88,59 dollar olub. Qeyd edək ki, iqtisadi tənəzzülün və neftə tələbatın azalması səbəbindən mart ayında 70 dollara qədər ucuzlaşan neftin qiyməti ixracatçı ölkələrin hasilatı azaltması ilə yüksəlib. Mart ayında qlobal neft tədarükü 450 min barelə yaxın azalıb, OPEC-in neft hasilatı isə mart ayında aylıq bazda təxminən 140 min barel azalıb. 2022-ci ildə bütün iqtisadiyyatlarda, xüsusilə ABŞ və Avropada neft və enerji qiymətlərinin artması inflyasiyanın əsas mənbəyi olub. Onu da bildirək ki, "Rystad Energy" enerji tədqiqatları mərkəzinə görə, "OPEC plus"un hasilatı azaltması neft qiymətlərini 100 dollardan yuxarı qaldıracaq. "Rystad Energy" analitiklərinin fikrincə, hasilatın azaldılması "Brent" markalı neftin qiymətini yayda 110 dollar/barel səviyyəsinə qaldıra bilər. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib. OPEC və müttəfiqlərinin hasilatı azaltması gələn ay neft tədarükünün gündəlik 1,1 milyon barel azalması ilə nəticələnəcək. Səudiyyə Ərəbistanı gündəlik 500 min barel azalma ilə neft hasilatının azalmasına qoşulacaq. İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də gündəlik 100 min bareldən çox azalmaya qoşulur, Rusiya isə gündəlik 500 min barel azaltmanı daha əvvəl bildirmişdi. Rusiyanın ixtisarını nəzərə alsaq, potensial 1,6 milyon barel neft "OPEC plus" üzvləri tərəfindən hasil edilməyəcək. "OPEC plus" sonuncu dəfə oktyabr ayında neft hasilatını gündəlik 2 milyon barel azaldacağını açıqlamışdı. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449134956_341:0:3072:2048_1920x0_80_0_0_69a204e3a5caaf2b263ca7c6732eb93a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, azeri light markalı neft, qiymət, opek
neft, azeri light markalı neft, qiymət, opek
Hasilatın azalacağı narahatlığı nefti bahalaşdırır
İqtisadi tənəzzülün və neftə tələbatın azalması səbəbindən mart ayında 70 dollara qədər ucuzlaşan neftin qiyməti ixracatçı ölkələrin hasilatı azaltması ilə yüksəlib.
BAKI, 18 aprel — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,45 dollar artaraq 85,21 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 81,21 dollar təşkil edib.
Azərbaycan neftinin ("Azeri Light") qiyməti isə 1,5 dollar azalaraq 88,59 dollar olub.
Qeyd edək ki, iqtisadi tənəzzülün və neftə tələbatın azalması səbəbindən mart ayında 70 dollara qədər ucuzlaşan neftin qiyməti ixracatçı ölkələrin hasilatı azaltması ilə yüksəlib.
Mart ayında qlobal neft tədarükü 450 min barelə yaxın azalıb, OPEC-in neft hasilatı isə mart ayında aylıq bazda təxminən 140 min barel azalıb.
2022-ci ildə bütün iqtisadiyyatlarda, xüsusilə ABŞ və Avropada neft və enerji qiymətlərinin artması inflyasiyanın əsas mənbəyi olub.
Onu da bildirək ki, "Rystad Energy" enerji tədqiqatları mərkəzinə görə, "OPEC plus"un hasilatı azaltması neft qiymətlərini 100 dollardan yuxarı qaldıracaq. "Rystad Energy" analitiklərinin fikrincə, hasilatın azaldılması "Brent" markalı neftin qiymətini yayda 110 dollar/barel səviyyəsinə qaldıra bilər.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.
OPEC və müttəfiqlərinin hasilatı azaltması gələn ay neft tədarükünün gündəlik 1,1 milyon barel azalması ilə nəticələnəcək. Səudiyyə Ərəbistanı gündəlik 500 min barel azalma ilə neft hasilatının azalmasına qoşulacaq.
İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də gündəlik 100 min bareldən çox azalmaya qoşulur, Rusiya isə gündəlik 500 min barel azaltmanı daha əvvəl bildirmişdi.
Rusiyanın ixtisarını nəzərə alsaq, potensial 1,6 milyon barel neft "OPEC plus" üzvləri tərəfindən hasil edilməyəcək. "OPEC plus" sonuncu dəfə oktyabr ayında neft hasilatını gündəlik 2 milyon barel azaldacağını açıqlamışdı.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.