CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İçməli su ilə bağlı yeni dövlət standartı qəbul edildi

© pixabay / klimkinsu
su  - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Məqsəd BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi" üzrə Konvensiyasının "Su və Sağlamlıq Protokolu"na əsasən Azərbaycanın qəbul etdiyi Məqsədli Göstəricilərin icrasını təmin etməkdir.
BAKI, 18 aprel — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 929:2023 "İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" dövlət standartını qəbul edib.
Bu barədə AZSTAND məlumat yayıb.
Məlumata görə, dövlət standartının qəbul edilməsində əsas məqsəd BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi" üzrə Konvensiyasının "Su və Sağlamlıq Protokolu"na əsasən Azərbaycanın qəbul etdiyi Məqsədli Göstəricilərin icrasını təmin etməkdir.
Bu standart – əhalinin maye kimi qəbul etməsi, yemək (qida) hazırlaması, digər məişət tələbatının ödənilməsi və qida məhsullarının istehsalında istifadə edilməsi üçün nəzərdə tutulmuş su təchizatı sistemləri vasitəsi ilə ötürülən keyfiyyətli və təhlükəsiz içməli suya şamil edilir.
Qeyd edək ki, yeni standart "Qida məhsullarının keyfiyyəti və texnologiyası"nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 33) müzakirəyə çıxarılıb, təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0