DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Blinken Xirosima və Naqasaki ilə bağlı şərhində Yaponiyanı kimin bombaladığını açıqlamayıb

© AP PhotoXirosima
Xirosima  - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
ABŞ dövlət katibi ölkələrin bombalanması nəticəsində dağıntıları və insan iztirablarını misli görünməmiş adlandırıb.
BAKI, 18 aprel — Sputnik. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Xirosima və Naqasakinin bombalanması nəticəsində yapon xalqının məruz qaldığı dağıntıları və insanların əzablarını misli görünməmiş adlandırıb, lakin Yaponiyanı kimin bombaladığını açıqlamayıb, həmçinin heç üzr belə istəməyib. Bu barədə RİA Novosti xəbər verir.
"Biz, G7 ölkələri, daha sabit və təhlükəsiz dünya qurmaq üçün tərksilahın və silahların yayılmaması üzrə səylərin dəstəklənməsinə və gücləndirilməsinə sadiq qalırıq. 1945-ci ildəki atom bombaları nəticəsində yapon xalqının məruz qaldığı misli görünməmiş dağıntılar və insan iztirablarının güclü xatırlatması olan Xirosima görüşündə bu məsələyə toxunulacaq", - deyə Blinken bildirib.
© AP Photo / Petr David JosekABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 18.04.2023
ABŞ dövlət katibi Entoni Blinken
Eyni zamanda jurnalistin ABŞ dövlət katibinin yaponlara söyləmək istədiyi sözün olub-olmadığını soruşduqda, Blinken hansı ölkənin Yaponiya şəhərlərini bombaladığını qeyd etməyib.
Bu yaxınlarda, Entoni Blinken ABŞ-ın Rusiyadakı səfiri Lin Treysinin casusluqda şübhəli bilinərək həbs edilən "Wall Street Journal" qəzetinin jurnalisti Evan Gerşkoviçə baş çəkdiyini bildirib.
ABŞ dövlət katibi Yaponiyada G7 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransı zamanı bildirib ki, Gerşkoviç özünü həm emosional, həm də fiziki cəhətdən yaxşı hiss edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0