Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanın müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb - VİDEO

© AR Ministry of DefenceMüdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb
Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Protokola uyğun olaraq general-polkovnik Zakir Həsənov fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
BAKI, 18 aprel - Sputnik. Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 18-də bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Astana şəhərində rəsmi qarşılanma mərasimi təşkil edilib.
Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq general-polkovnik Z.Həsənov fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
© AR Ministry of DefenceMüdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb
Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb
Sonra Qazaxıstan Resublikasının Müdafiə Nazirliyində görüş keçirilib.
© AR Ministry of DefenceMüdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb
Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
© AR Ministry of DefenceMüdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb
Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb
Sonda xatirə fotosu çəkdirilib.
Daha sonra səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası adına Milli Müdafiə Universitetini ziyarət edib.
Universitetlə tanışlıqdan sonra müdafiə naziri universitetin rəisi general-mayor Lut Alçekenovla görüşüb.
Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfərə gedib. Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0