CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan mobil internetin sürətinə görə üç pillə irəliləyib

© AFP 2024 / BEHROUZ MEHRITelefon
Telefon - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Paytaxtımız sabit genişzolaqlı internetin sürətinə görə isə 30,36 MB/S sürətlə 137-ci pillədə qərarlaşıb ki, bu da 2 pillə geriləməkdir.
BAKI, 18 aprel — Sputnik. Bu ilin mart ayında Azərbaycan mobil internetin sürətinə görə 140 ölkə arasında 39,46 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb. Bu barədə "Speedtest Global Index" məlumat yayıb.
Məlumata görə, Azərbaycan bu ilin fevral ayına nisbətən 3 pillə irəliləyib.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 178,25 MB/S), sonuncu - 137-ci yeri isə Kuba (3,44 MB/S) tutub.
Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə geriləməkdir. Martda ölkədə sabit genişzolaqlı internetin median sürəti 27,84 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 180 ölkədə aparılıb. Birinci yeri Sinqapur (235,4 MB/S), sonuncu yeri isə Kuba (1,84 MB/S) tutub.
Bundan başqa, martda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə irəliləyərək 41,71 MB/S sürətlə 174 şəhər arasında 73-cü yerə sahiblik edib. Paytaxtımız sabit genişzolaqlı internetin sürətinə görə isə 30,36 MB/S sürətlə 137-ci pillədə qərarlaşıb ki, bu da 2 pillə geriləməkdir.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 223,87 MB/S sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə 3,03 MB/S sürətlə Kubanın paytaxtı Havana şəhəri tutub.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 264,92 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,51 MB/S sürətlə sonuncu olub.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0