CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis əməliyyat keçirdi: Kənd sakininin silah-sursat gizlətməsi aşkarlandı

Silah-sursat - Sputnik Azərbaycan, 1920, 17.04.2023
Abunə olmaq
Araşdırmalarla onun kəndin "Buzxana" adlanan ərazisində "AK-74" markalı avtomat silahı, 2 ədəd daraq, 524 ədəd müxtəlif çaplı patron və 1 ədəd "Maqnum" markalı ov tüfəngini gizlətməsi müəyyən olunub.
BAKI, 17 aprel — Sputnik. Culfa sakinindən silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında Xanəgah kənd sakini Adil Yusifovun evində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 3 ədəd 7,62 çaplı patron, 1 ədəd süngü bıçaq və 1 ədəd durbin aşkar olunaraq götürülüb.
Araşdırmalarla onun kəndin "Buzxana" adlanan ərazisində "AK-74" markalı avtomat silahı, 2 ədəd daraq, 524 ədəd müxtəlif çaplı patron və 1 ədəd "Maqnum" markalı ov tüfəngini gizlətməsi də müəyyən olunub.
Davam etdirilən tədbirlərlə həmin yerə baxış zamanı qeyd edilən silahlar oradan aşkar olunaraq götürülüb.
Xəbər lenti
0