https://sputnik.az/20230417/pive-azerbaycanda-hansi-sertler-altinda-istehsal-edilir-453837757.html
Pivə Azərbaycanda hansı şərtlər altında istehsal edilir?
Pivə Azərbaycanda hansı şərtlər altında istehsal edilir?
Sputnik Azərbaycan
Pivə istehsalında istifadə olunan digər əsas inqrediyent səmənidir. Arpa emalı zavodunun tikilməsi yerli istehsalçıların xarici bazarlardan asılılığını... 17.04.2023, Sputnik Azərbaycan
2023-04-17T08:02+0400
2023-04-17T08:02+0400
2023-04-17T12:05+0400
pivə
cəmiyyət
istehsal
azərbaycan
məhsul
https://cdnn1.img.sputnik.az/img/42209/52/422095287_0:62:1920:1142_1920x0_80_0_0_08977faec588ad0c3d00ac91794e0e94.jpg
BAKI, 17 aprel — Sputnik. Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavod 2024-cü ilin yanvarında fəaliyyətə başlayacaq və "Carlsberg Group" şirkəti ölkəmizdə yeni investisiyaların yatırılmasını planlaşdırır. Bu barədə ölkə başçısı İlham Əliyev ilin əvvəlində Davosda adıçəkilən şirkətin prezidenti və baş icraçı direktoru Kest Hart ilə görüşü zamanı bildirilib. Maraqlıdır, pivə istehsalında zəruri olan arpa emal edəcək zavodun tikintisi Azərbaycana nə kimi prestijlər qazandıracaq, bu zavodun inşası ilə pivə istehsalında mövcud olan maneələr aradan qalxacaqmı? İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əsas problem elə xammalla bağlıdır: "Azərbaycanda yerli pivə istehsal olunur, tələbat da var. Əsas problem xammalla bağlıdır. Bizə xammal yüz faiz etibarı ilə xaricdən gətirilir. Yerli istehsalın artırılması üçün əsas məsələ yerli xammal istehsalının artırılmasıdır. Xammal istehsalı ilə bağlı normal zəncir qurulsa, yerli istehsalın əhəmiyyəti artar. Çünki pivə istehsalının maya dəyərinin böyük hissəsini xammal tutur və pivə satışından əldə olunan gəlirlərin böyük hissəsi xaricə axmış olmur". Ekspertin fikrincə, belə olan halda rəqabət, yerli məhsulların bazardakı təmsilçiliyi də artacaq. Yəni yerli istehsal hesabına daxili tələbatı daha ucuz ödəyəcəyik. Azərbaycanda aparıcı pivə istehsalçılarından olan, adıçəkilən şirkətdən isə sorğumuza cavab olaraq bildirilib ki, hazırda ölkədə pivə sənayesi inkişaf etməkdədir, 10-dan çox yerli istehsalçı var: "Problemə gəlincə, təəssüflə qeyd edirik ki, pivə sənayesində istifadə olunan xammalın əhəmiyyətli hissəsi ölkəyə idxal olunur. Amma xammal təchizatı ilə bağlı problem yaşamırıq, tərəfdaşlarımızla birlikdə sənayedə istifadə olunan xammalın lokallaşdırılması üçün əlimizdən gələni edirik. Məsələn, 2019-cu ildə "AzərŞəkər" şirkəti ilə birlikdə pivəlik arpa lokallaşdırılmasına başladıq və artıq istehsalımız 100% yerli arpaya keçib". Qeyd edək ki, pivə istehsalında istifadə olunan digər əsas inqrediyent səmənidir (arpa emalından əldə olunan xammal). Arpa emalı zavodunun tikilməsi yerli istehsalçıların xarici bazarlardan asılılığını azaltmağa, hətta yerli səmənini ixrac etməyə də imkan yaradacaq. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son olaraq açıqladığı bir neçə ayın rəqəmlərinə nəzər salaq: 2023-cü ilin yanvar ayında Azərbaycanda 274.7 min dekalitr pivə istehsal edilib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehsal olunan pivənin həcmi 135.3% artıb. Cari ilin fevralın 1-nə ölkədə pivə üzrə hazır məhsul ehtiyatı 305 min dekalitr təşkil edib. 2023-cü ilin yanvar-fevral ayında 511.7 min dekalitr pivə istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 118.9 faiz artım deməkdir. Qeyd olunan dövrdə hazır məhsul ehtiyyatı 233.9 min dekalitr olub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42209/52/422095287_158:0:1763:1204_1920x0_80_0_0_90e03a798eb98ef2d49af2b63e5e16f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pivə, istehsal, azərbaycan, məhsul
pivə, istehsal, azərbaycan, məhsul
Pivə Azərbaycanda hansı şərtlər altında istehsal edilir?
08:02 17.04.2023 (Yenilənib: 12:05 17.04.2023) Pivə istehsalında istifadə olunan digər əsas inqrediyent səmənidir. Arpa emalı zavodunun tikilməsi yerli istehsalçıların xarici bazarlardan asılılığını azaltmağa, hətta yerli səmənini ixrac etməyə də imkan yaradacaq.
BAKI, 17 aprel — Sputnik. Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavod 2024-cü ilin yanvarında fəaliyyətə başlayacaq və "Carlsberg Group" şirkəti ölkəmizdə yeni investisiyaların yatırılmasını planlaşdırır.
Bu barədə ölkə başçısı İlham Əliyev ilin əvvəlində Davosda adıçəkilən şirkətin prezidenti və baş icraçı direktoru Kest Hart ilə görüşü zamanı bildirilib.
Maraqlıdır, pivə istehsalında zəruri olan arpa emal edəcək zavodun tikintisi Azərbaycana nə kimi prestijlər qazandıracaq, bu zavodun inşası ilə pivə istehsalında mövcud olan maneələr aradan qalxacaqmı?
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əsas problem elə xammalla bağlıdır: "Azərbaycanda yerli pivə istehsal olunur, tələbat da var. Əsas problem xammalla bağlıdır. Bizə xammal yüz faiz etibarı ilə xaricdən gətirilir. Yerli istehsalın artırılması üçün əsas məsələ yerli xammal istehsalının artırılmasıdır. Xammal istehsalı ilə bağlı normal zəncir qurulsa, yerli istehsalın əhəmiyyəti artar. Çünki pivə istehsalının maya dəyərinin böyük hissəsini xammal tutur və pivə satışından əldə olunan gəlirlərin böyük hissəsi xaricə axmış olmur".
Ekspertin fikrincə, belə olan halda rəqabət, yerli məhsulların bazardakı təmsilçiliyi də artacaq. Yəni yerli istehsal hesabına daxili tələbatı daha ucuz ödəyəcəyik.
Azərbaycanda aparıcı pivə istehsalçılarından olan, adıçəkilən şirkətdən isə sorğumuza cavab olaraq bildirilib ki, hazırda ölkədə pivə sənayesi inkişaf etməkdədir, 10-dan çox yerli istehsalçı var:
"Problemə gəlincə, təəssüflə qeyd edirik ki, pivə sənayesində istifadə olunan xammalın əhəmiyyətli hissəsi ölkəyə idxal olunur. Amma xammal təchizatı ilə bağlı problem yaşamırıq, tərəfdaşlarımızla birlikdə sənayedə istifadə olunan xammalın lokallaşdırılması üçün əlimizdən gələni edirik. Məsələn, 2019-cu ildə "AzərŞəkər" şirkəti ilə birlikdə pivəlik arpa lokallaşdırılmasına başladıq və artıq istehsalımız 100% yerli arpaya keçib".
Qeyd edək ki, pivə istehsalında istifadə olunan digər əsas inqrediyent səmənidir (arpa emalından əldə olunan xammal). Arpa emalı zavodunun tikilməsi yerli istehsalçıların xarici bazarlardan asılılığını azaltmağa, hətta yerli səmənini ixrac etməyə də imkan yaradacaq.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son olaraq açıqladığı bir neçə ayın rəqəmlərinə nəzər salaq:
2023-cü ilin yanvar ayında Azərbaycanda 274.7 min dekalitr pivə istehsal edilib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehsal olunan pivənin həcmi 135.3% artıb. Cari ilin fevralın 1-nə ölkədə pivə üzrə hazır məhsul ehtiyatı 305 min dekalitr təşkil edib.
2023-cü ilin yanvar-fevral ayında 511.7 min dekalitr pivə istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 118.9 faiz artım deməkdir. Qeyd olunan dövrdə hazır məhsul ehtiyyatı 233.9 min dekalitr olub.