CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru müəyyən edilib

© pixabay / Free-PhotosHaker
Haker - Sputnik Azərbaycan, 1920, 17.04.2023
Abunə olmaq
Bildirilir ki, IOC-ların bloklanması hesabına dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.
BAKI, 17 aprel — Sputnik. Bu ilin yanvar-mart ayları ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 314 kiberhücum indikatoru (IOC) müəyyən edilib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Bildirilir ki, IOC-ların bloklanması hesabına dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.
Bu kibertəhdidlərin 139-u daxili araşdırma, 175-i isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.
Xəbər lenti
0