https://sputnik.az/20230417/azerbaycan-xn-bascisi-abs-dovlet-katibinin-komekcisi-ile-telefonla-danisib-453872146.html
Azərbaycan XİN başçısı ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışıb
Azərbaycan XİN başçısı ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışıb
Sputnik Azərbaycan
Bayramov Azərbaycan və ABŞ arasında müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, münasibətlərin... 17.04.2023, Sputnik Azərbaycan
2023-04-17T19:59+0400
2023-04-17T19:59+0400
2023-04-17T20:09+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
abş
abş dövlət katibi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447796069_0:199:2934:1849_1920x0_80_0_0_4bf162441170dbecb62a8ddfd47d2d65.jpg
BAKI, 17 aprel - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında telefon danışığı baş tutub.Bu barədə Azərbaycanın xarici işlər nazirliyindən məlumat verilib.Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, regionda cari vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh gündəliyi müzakirə mövzusu olub.C.Bayramov Azərbaycan və ABŞ arasında müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, münasibətlərin inkişafında qarşılıqlı təmasların əhəmiyyətini qeyd edib.Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan tərəfindən törədilən davamlı hərbi-siyasi təxribatların Azərbaycanın sülh və quruculuq səylərinə xələl gətirdiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistanın hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən hələ də çıxarmadığını, Azərbaycanın erməni sakinlərinin reinteqrasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd-keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verilib. Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğu bildirilib.Derek Hoqan bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsinin, mövcud məsələlərin danışıqlar yolu ilə həllinin vacib olduğunu bildirib. ABŞ-ın sülh prosesinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447796069_103:0:2832:2047_1920x0_80_0_0_45b8ea1914c7e38388a323582ce370b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, abş, abş dövlət katibi
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, abş, abş dövlət katibi
Azərbaycan XİN başçısı ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışıb
19:59 17.04.2023 (Yenilənib: 20:09 17.04.2023) Bayramov Azərbaycan və ABŞ arasında müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, münasibətlərin inkişafında qarşılıqlı təmasların əhəmiyyətini qeyd edib.
BAKI, 17 aprel - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycanın xarici işlər nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, regionda cari vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh gündəliyi müzakirə mövzusu olub.
C.Bayramov Azərbaycan və ABŞ arasında müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, münasibətlərin inkişafında qarşılıqlı təmasların əhəmiyyətini qeyd edib.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan tərəfindən törədilən davamlı hərbi-siyasi təxribatların Azərbaycanın sülh və quruculuq səylərinə xələl gətirdiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistanın hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən hələ də çıxarmadığını, Azərbaycanın erməni sakinlərinin reinteqrasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd-keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verilib. Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğu bildirilib.
Derek Hoqan bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsinin, mövcud məsələlərin danışıqlar yolu ilə həllinin vacib olduğunu bildirib. ABŞ-ın sülh prosesinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.