Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan bayraq olayına görə Ermənistana qarşı hansı addımlar ata bilər?

© Photo : ScreenshotAzərbaycan bayrağı
Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 17.04.2023
Abunə olmaq
Ermənistanın bu təxribatçı addımlarının bütün dünya ictimaiyyətinə təqdim olunması üçün Azərbaycan sistemli addım atmalıdır, bir neçə günlük fəaliyyətlə kifayətlənməməlidir
BAKI, 17 aprel — Sputnik. Aprelin 14-də ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən və canlı yayımlanan açılış mərasimi zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan Bayrağı turnirin təşkilatçılarından olan şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb.
Ermənistan təxribatçı addıma görə necə cəzalana bilər və bunun üçün Azərbaycan hansı addım ata bilər?
Gənclər və İdman Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, bu hadisə Ermənistanın beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərə hörmətlə yanaşmadğını bir daha sübut etdi: "Bu ölkə özünün verdiyi təhlükəsizlik təminatına belə riayət etmirsə, beynəlxalq yarışlara ev sahibliyi etməsi düzgün deyil.
Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Ağır Atletika Federasiyası məsələ ilə bağlı bəyanatlar veriblər. Artıq Azərbaycan tərəfindən müvafiq beynəlxalq qurumlara müraciət də edilib. Həmçinin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb. Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsində və Avropa Olimpiya Komitəsinə rəsmi məktub göndərib. Həmçinin idman federasiyalarımız təmsil etdikləri növlər üzrə beynəlxlaq federasiyalara rəsmi müraciət ediblər".
"Əlbəttə, beynəlxalq idman qurumları Ermənistana müxtəlif sanksiyalar tətbiq edə bilər. Bu addımlar arasında Beynəlxalq qurumların bu hadisəni pisləyən bəyanatları, Ermənistan tərəfinin cərimə edilməsi və beynəlxalq yarışların təşkilinin həmin ölkəyə həvalə edilməməsi ola bilər. Düzdür, artıq bir sıra beynəlxalq qurumlar baş vermis hadisəni pisləyiblər. Lakin bundan sonrakı müddətdə Ermənistanın beynəlxalq qurumlar tərəfindən daha çox qınaq obyektinə çevriləcəyini, eyni zamanda müvafiq addımların atılacağını gözləmək olar", - deyə nazirliyin məlumatında bildirilib.
Hüquq müdafiəçisi Çingiz Qənizadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ermənistan bununla da üzərinə qoyulan öhdəlikləri ən sərt şəkildə pozdu: "2021-ci ilin 7 dekabrında Beynəlxalq Ədalət Məhkəmsi Ermənistanın üzərinə bütün irqi ayrı-seçkliyi ləğv etməklə bağlı öhdəlik qoydu. Bundan sonrakı növbəti məhkəmə prosesində də Ermənistanın üzərinə öhdəlik qoyuldu və bu ayrı-seçkilikdən çəkinməyə çağırıldı. Lakin Ermənistan nəinki buna əməl etdi, əksinə ən sərt formada bu öhdəlikləri pozdu".
"Düşünürəm ki, Azərbyacan nəinki Beynəlxalq İdman Federasiyalarına müraciət etməlidir, həm də bu addıma görə çalışmalıyıq ki, Ermənistana sanksiyalar tətbiq edilsin və bu ölkədə belə tədbirlər bir daha keçirilməsin. Çünki bir ölkədə ki, idmançıların təhlükəsizliyi təmin edilmir, bu zaman həmin ölkə sanksiyalara məruz qalmalıdır", - deyə o əlavə edib.
Hüquqşünas Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ermənistanın bu təxribatçı addımlarının bütün dünya ictimaiyyətinə təqdim olunması üçün Azərbaycan sistemli addım atmalıdır, bir neçə günlük fəaliyyətlə kifayətlənməməlidir: "Bunadək ermənilər bizə qarşı neqativ fikir yaratmağa çalışırdı. Lakin son baş verən hadisələr bir daha göstərdi ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir. Yalnız sistemli fəaliyyətlə ermənilərin haqqımızda yaratdığı fikirləri darmadağın edə, onların əsl sifətini dünyaya çatdıra bilərik",
"Ermənistanın layiqli cəzasını alması üçün Azərbaycan tərəfi bütün faktları toplayaraq Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etməlidir. Bütün bu faktlar və sübutlar məhkəmədə qalib gəlmə şanslarımızı daha da artırır", - deyə o əlavə edib.
O qeyd edir ki, "biz hər gün erməni təxribatının bariz nümunələrini beynəlxalq ictiamiyyətə göstərmək isitqamətində işlər görməliyik": "Bu mənada səfirliklərimizin, vətəndaş cəmiyyətlərinin, digər sektorların da üzərinə böyük iş düşür. Biznes partnyorları ilə də işlər görülməlidir, biz beynəlxalq şirkətləri də belə bir dövlətlə əməkdaşlıqdan imtinaya çağırmalıyıq. Çünki bu ölkədə milli nifrət rəsmi dövlət səviyyəsindədir. Bütün bunları etməklə Ermənistana sərmaye qoyulmasına da mane ola bilərik", - deyə o əlavə edib".
Nuriyev bildirir ki, həm Azərbaycan hərbçilərinə, həm də idmançılarına qarşı edilən vandalizmlər erməni havadarlarının beynəlxalq aləmdə zəifləmisə səbəb ola bilər.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan bayrağının Ermənistanda ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı yandırılması ilə bağlı şərhində ölkəmizə qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyib. XİN-in şərhində qeyd olunub ki, Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi: "Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir".
XİN Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırıb.
Xəbər lenti
0