DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

AK Ukrayna tədarükündən zərər çəkən Aİ fermerlərinə kömək üçün yeni təklif hazırlayır

© AFP 2023 / NELSON ALMEIDAfermer
fermer - Sputnik Azərbaycan, 1920, 17.04.2023
Abunə olmaq
Aİ-yə Ukrayna taxılının tədarükü Avropa fermerlərinin narazılığına səbəb olur və bir sıra Avropa ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir.
BAKI, 17 aprel — Sputnik. Avropa Komissiyası Ukrayna kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalından əziyyət çəkən avropalı fermerləri dəstəkləmək üçün ikinci tədbirlər paketi üzərində işləyir.
Bunu AK mətbuat xidmətinin sözçüsü Miriam Qarsiya Ferrer Brüsseldə jurnalistlərə bildirib.
"Hələlik bu yardımın həcmi barədə danışa bilmərik, lakin Ukrayna ilə həmsərhəd ölkələr üçün fəsadlar nəzərə alınacaq", - deyə AK nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını dayandıran dövlətlərə qarşı görülə biləcək tədbirlərdən danışmaq hələ tezdir. "Ticarət Aİ-nin səlahiyyəti olduğu üçün biz bu cür qadağaların hüquqi əsaslarını öyrənmək istərdik. Biz bu ölkələrlə əlaqə saxlayırıq və həll yollarını tapmağa çalışırıq", - deyə Qarsia Ferrer sözünə davam edib.
Yaxın çərşənbə günü Aİ ölkələrinin daimi nümayəndələri Avropa İttifaqı ilə Ukrayna arasında ticarətin müvəqqəti liberallaşdırılması ilə bağlı qərarın bir il uzadılmasını müzakirə edəcəklər. Bu qərar çərçivəsində, o cümlədən Aİ-yə Ukrayna taxılının tədarükü Avropa fermerlərinin narazılığına səbəb olur və bir sıra Avropa ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir.
Keçən iyun ayında Aİ Kiyevə ixracını artırmağa kömək etmək üçün Ukraynadan Aİ-yə göndərilən bütün mallara rüsumları bir il müddətinə dayandırmışdı. Qərarda "bir il müddətinə sənaye mallarının, meyvə-tərəvəzin idxalına rüsumların, antidempinq rüsumlarının, polad idxalına qarşı qoruyucu tədbirlərin tam dayandırılması" nəzərdə tutulurdu. Bundan əlavə, 2022-ci ilin martından Avropa Komissiyası qondarma "yaşıl həmrəylik dəhlizləri"ni - Ukraynadan taxılın kütləvi ixracı üçün quru və çay marşrutlarını işə salıb. Güman edilirdi ki, bu tədarüklər dünya bazarına göndəriləcək və Kiyevə əlavə ixrac gəliri verəcək.
Reallıqda, logistika ilə bağlı problemlər səbəbindən kənd təsərrüfatı məhsullarının əsas hissəsi Ukrayna ilə qonşu olan Aİ ölkələrində qalmağa başladı ki, bu da 2022-ci ilin payızına qədər bu ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalı böhranına səbəb oldu.
Brüssel onlara növbəti altı ay ərzində vəziyyəti həll etmək üçün tədbirlər təklif edə bilmədi.
Bu ilin yanvarında Polşa Ukraynadan ixrac edilən qarğıdalı və bəzi digər kənd təsərrüfatı məhsulları üçün gömrük rüsumlarının qaytarılmasını təklif edib. Ötən şənbə günü isə Polşa və Macarıstan yerli fermerlərin etirazları fonunda Avropa bazarına rüsumsuz daxil olan Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını dayandırdıqlarını elan ediblər. Avropa Komissiyası bu qərarı öyrənəcəyini vəd edib və bunu "qəbuledilməz" adlandırıb.
Martın sonunda bir sıra Aİ ölkələrinin baş nazirləri Ukraynadan taxıl axınının yaratdığı böhrana müdaxilə etmək xahişi ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə müraciət ediblər. Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiyanın baş nazirlərinin ünvanlanmış məktubunda qeyd edilir ki, "problemlər Ukrayna məhsullarının Aİ-yə üzv ölkələrin bazarlarına, xüsusilə Ukrayna ilə həmsərhəd olan və ya onun yaxınlığında olan ölkələrə tədarükünün əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır", xüsusən də "taxıl, yağlı bitkilər, yumurta, quş, şəkər, alma şirəsi, giləmeyvə, alma, un, bal və makaron məhsullarının idxalında görünməmiş artım olub".
Avropa Komissiyası Polşa, Rumıniya və Bolqarıstan fermerlərinə kompensasiya üçün 112 milyon avro ayırmaq niyyətində olduğunu açıqlayıb. Avropa Komissiyasında izah edildiyi kimi, belə bir qərarı qəbul edilərkən Avropa İttifaqının ayrıca regionunun deyil, bütövlükdə ümumi bazarın problemləri nəzərə alınır.
Xəbər lenti
0