CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sağlam və uzunömürlü olmağın sirri - su orucu

© pixabay / klimkinSu
Su - Sputnik Azərbaycan, 1920, 16.04.2023
Abunə olmaq
Kanadalı həkim hesab edir ki, hər kəs öz "Titanik"inin kapitanı olarsa, aysberqə çırpılmadan daha uzun və sağlam yaşaya bilər.
BAKI, 16 aprel — Sputnik. Demək olar ki, hər kəs ömrü boyu sağlam və daha uzunömürlü olmağın sirrini axtarır. Kanadalı alim, həkim Peter Attia müəllifi olduğu "Uzun ömürlülük elmi və sənəti" ("The Science and Art of Longevity") kitabında bu suallara aydınlıq gətirib.
Əlli yaşlı həkim Peter Attia artıq uzun illərdir ki, uzun ömür sürməyin və sağlam yaşamağın yollarını araşdırır. Onu buna vadar edən səbəblər isə son illərdə ölümcül xroniki xəstəliklərin bəşəriyyəti caynağına almasıdır. Əslində, onu bu yola çıxmağa vadar edən gördüyü yuxu olub.
Belə ki, o, yuxusunda bomboş küçədə hündürmərtəbəli binadan atılan yumurtaları tutmaq üçün o yan, bu yana qaçdığını, onların bəzilərini tuta bilmədiyini görür. Gündəlik saysız-hesabsız xəstə qəbul edən həkim üçün bu yuxu bir işarə olub:

"Hər gün ölümün caynağında olan saysız-hesabsız xəstələrlə görüşürük. Onlar daha çox yaşamaq istəyirlər. Biz onların bir qismini xilas edə bilsək də, əfsuslar ki, müəyyən qismini xilas edə bilmirik. "Bəs nə etməliyik?" sualı ətrafında uzun illərdir düşündüm. Hər kəs öz "Titanik"inin kapitanı olarsa, aysberqə çırpılmadan daha uzun və sağlam yaşaya bilər".

Bəs, "Titanik"in kapitanı olmaq üçün nələri bilməliyik?
Həkim qeyd edir ki, qlobal dünyada sağlamlıq üçün ən böyük "aysberq" ürək xəstəliyidir:
"Müəyyən xəstəliklərin, xüsusən də xroniki xəstəliklərin varsa, heç zaman uzunömürlü ola bilməzsən. Bizim hər birimiz üçün risk yarada biləcək "aysberq"lərimiz var. Sadəcə, xərçəng olmadan, infarkt keçirmədən, şəkər xəstəsi olmadan, alzheymerdən əziyyət çəkmədən riskləri və genetik xəstəlikləri aşkarlayıb, bunun qarşısını almaq üçün özümüzə bir strategiya hazırlamalıyıq, çıxış yollarını axtarmalıyıq".
Həkim qidaları düzgün seçməyi tövsiyə edir. O bildiri ki, uzunömürlü insanlar daha sağlam qidalanmaqla xroniki xəstəliklər və xərçəngdən uzaq olurlar:
"Bir həkim kimi mən şəkərdən uzaq olmağı məsləhət görürəm".
© Sputnik / Павел ЛисицынŞəkər tozu, arxiv şəkli
Сахар - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Şəkər tozu, arxiv şəkli
Mütəxəssis həmçinin emosiyalarınızı idarə etməyin, emosional sağlamlığın vacibliyindən də danışıb.

"Uzunömürlülüyün sirri normal yuxu rejimində, davamlı olaraq idmanla məşğul olmaqda, nutrionlarla zəngin qidalardadır. Həyat keyfiyyətini artırmaq üçün fiziki aktivlik çox önəmlidir. Biz bədənimizin funksiyalarını bilməliyik. Lakin bununla yanaşı bizim ruhi sağlamlığımız da çox önəmlidir. Ömür boyu psixi sağlamlığımız üçün təhdid olacaq hadisələr yaşayırıq, bütün bunlar da bizim daha erkən ölüm riskimizi artırır. Bacardığımız qədər belə riskləri azaltmalıyıq. Başqa sözlə, biz həyatımızda stres və narahatlığın səbəblərini necə idarə etməyi öyrənməliyik".

Hazırda ölümə səbəb olan əsas amillər sırasında alzheymer, xərçəng və ürək xəstəliklərinin dayandığını deyən Attia bildirir ki, sadalanan xəstıliklər həmçinin ikinci tip diabet xəstəliyi üçün zamin yaradır.
"İkinci tip şəkərlə mübarizə aparmağın əsas yolları pəhriz, idman, normal yuxudur. Yatarkən bədənimiz çoxlu miqdarda qlükoza xaric edir, buna görə də yuxu qan dövranımızda qlükozanın yığılmasının qarşısını almaq üçün inanılmaz dərəcədə vacibdir. Bir insanı iki həftə yuxudan məhrum etməklə onu şəkər xəstəsinə çevirmək olar. Yaxud da normal yatmaqla, gündə 8 saat yuxu ilə bədəndəki qlükozanı 50 faizədək uzaqlaşdıra bilərsiniz".
Normal yuxu üçün nələrə əməl etməliyik?
Peter Attia qeyd edir ki, normal yatmaq üçün biz yataqda elektron əşyalardan, telefondan uzaq olmalıyıq. Telefonu söndürmək, onu yataq otağından kənara qoymaq məsləhətdir:
"Bu zaman bizim yuxu saatımız daha sağlam və keyfiyyətli olacaq. Bundan başqa, yatmazdan öncəki 3 saat ərzində yemək yeməyin. Mən ümumiyyətlə yatmazdan öncə oruc saxlamağı məsləhət görürəm, belə olan halda bədənimiz gün ərzində istehlak etdiyi qlükozanı emal edə biləcək".
Й
Й - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Й

"İstənilən qida bədənimizdəki temperaturu, ürək döyüntüsünü artırır. Rahat yuxulamaq üçün bədənimizin temperaturunun, ürək döyüntüsünün aşağı olması vacibdir", - deyə o, əlavə edir.

Mütəxəssis şəxsən özünün əməl etdiyi "qızıl qayda"lardan da danışıb:
"İlin hər rübü üzrə 10 günlük su orucu tuturam. Yəni 10 gün ərzində - günün əsas hissəsində yalnız su ilə qidalanıram. Bundan başqa, mən hər il sümük sıxlığı və osteoporoz riskini qiymətləndirən "DEXA Scan" rentgen müayinəsindən keçib nəticələrimi müqayisə edirəm. Son nəticəmə görə bədənimin 15 faizi yağdan ibarətdir. Düşünürəm ki, bu yaxşı bir göstəricidir. Bundan başqa, sümüyün mineral tərkibini öyrənirəm".
Bəs Azərbaycanda bu xəsətəliklərlə bağlı vəziyyət necədir?
Yerli invaziv kardioloqlar da bildirir ki, həyat tərzi, qida, ekologiya, mühitin də uzunömürlü olub-olmamağa təsiri var. Onlar qeyd edir ki, qidalar sağlam olduqda, zərərli vərdişlər olmadıqda, artıq çəkidən əziyyət çəkmədikdə uzunömürlü olmaq olar.
Bəzi ekspertlərin fikrincə şəhərlə müqayisədə kənd yerlərində yaşayanların uzunömürlü olma ehtimalları daha çoxdur. Digərləri isə subay insanlarla müqayisədə ailəli şəxslərin daha uzunömürlü olduğunu vurğulayır.
Onların fikrincə, gündəlik 7-8 saat yatmaq, stresdən uzaq olmaq önəmlidir.
Həkimlər onu da bildirir ki, yaşamaq üçün əsas amillərdən biri də damarların cavan olmasıdır. Təbii ki, bunun üçün də şəxsin artıq çəki problemi olmamalıdır.
Qeyd edək ki, dünyada məşhur və ən çox istinad edilən mənbələrdən biri olan "worldlifeexpectancy"nin məlumatlarına görə, ölkəmizlə sözügedən xəstəliklərlə bağlı vəziyyət heç də ürəkaçan deyil.
Belə ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Ölkəmizin 183 ölkə sırasında reytinq dərəcəsi isə 388.41 olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0