Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Şagird sıxlığı olan məktəblərdə inklüziv təhsil necə həyata keçirilir

© Sputnik / Murad OrujovAzyaşlı məktəbli, arxiv şəkli
Azyaşlı məktəbli, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.04.2023
Abunə olmaq
Millət vəkili deyir ki, bir zamanlar şəhərdəki məktəblərin bir çoxunun həyətləri satılaraq çoxmərtəbəli binalar üçün verildi, halbuki indiki vəziyyətdə məktəbin həyətində korpus tikmək, məktəbi daha da genişləndirməklə şagird sıxlığını azaltmaq olardı.
BAKI, 16 aprel — Sputnik. Cari ilin fevral ayında inklüziv təhsilin təşkili qaydası təsdiqlənib. Bu barədə Nazirlər Kabineti müvafiq qərar verib. Qərarda diqqətçəkən bəndlər sırasında sağlamlıq imkanları məhdud uşağın müəssisənin yaxınlığında yaşaması, bundan başqa, inklüziv təhsil sinfində şagirdlərin sayının 22 nəfər müəyyənləşdirilməsidir.
Bu gün məktəblərin əksəriyyətində siniflərdə sıxlığın olmasını nəzərə alsaq, bu problemin necə həll olunacağı sual yaradır.
Millət vəkili Etibar Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, inklüziv təhsilə cəlb olunacaq şagirldər əsasən sıxlığı az olan məktəblərdə təhsil alsa, yaxşıdır:

"İnklüziv təhsilə cəlb olunan uşaqları əraziyə görə təcrid etmək düz olmaz. Bibilirsiniz ki, Bakının mərkəzi və bir qədər kənar ərazilərdəki məktəblərdə də sıxlıq var. Biz istəyərik ki, bu uşaqlar sağlamlıq imkanları yetərli olan uşaqlarla eyni sinifdə oxusunlar".

© Sputnik / Murad OrujovEtibar Əliyev
Этибар Алиев, эксперт в области образования  - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Etibar Əliyev
"Bildiyiniz kimi, bir zamanlar məktəblərin pasportları yoxa çıxdı. Şəhərdəki məktəblərin bir çoxunun həyətləri satılaraq çoxmərtəbəli binalar üçün verildi. Halbuki indiki vəziyyətdə məktəbin həyətində korpus tikmək, məktəbi daha da genişləndirməklə şagird sıxlığını azaltmaq olardı", - deyə o əlavə edib.
Deputat onu da bildirir ki, nazirlik tərəfindən sıxlıq olan yerlərdə konkret olaraq yeni məktəblərin inşası məsələsi qaldırmalıdır:

"Köhnə məktəblərdə sinif otaqları azdır, siniflər standartlara cavab vermir".

O bildirir ki, inklüziv təhsil verən mütəxəssislərlə bağlı da ciddi problem var:
"Düşünürəm ki, ali məktəblər inklüziv təhsillə bağlı müəllim hazırlığına yetərincə cavab vermir, müəllim hazırlığı çox aşağı səviyyədədir. Ümumii təhsildə tədrisə cəlb olunan müəllimlər inklüziv təhsilin öhdəsindən gələ bilməzlər. İnklüziv təhsilə cəlb olunacaq şagirdləri yetişdirə bilən müəllim ordusu yaradılmalıdır. Bunun üçün xüsusi qaydalar var. Qeyd edim ki, dünyada inklüziv təhsillə bağlı çox geniş tədqiqatlar aparılır".
Deputat bildirib ki, belə tədrisə cəlb olunan müəllimlər ciddi şəkildə treninqlər keçməlidir:

"Lakin bu pul silmək üçün treninq olmalı deyil, müəllimlər öyrənmək üçün treninqlərə cəlb olunmalıdır".

Digər təhsil eksperti Elçin Əfəndiyev Sputnik Azərbbaycan-a açıqlamasında bildirib ki, ölkədə inklüziv təhsilə cəlb olunan mütəxəssislərin sayı o qədər də çox deyil:
"Sıxlığa gəldikdə isə, belə siniflərdə 22 uşaqdan ikisi inklüziv təhsilə cəlb olunacaq. Şagirdlərin sıx olduğu məktəblərdə də bu məsələlər tənzimlənəcək, yəqin ki, bir növbəli məktəblərdə iki növbəlilik, iki növbəli məktəblərdə isə üç növbəlilik təmin olunacaq".
© Sputnik / Ilham MustafayevTovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
Tovuzun Qovlar şəhərində  yerləşən qəzalı məktəb  - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Tovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən də bir sıra suallara cavab tapmağa çalışdıq. Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkəmizdə 24 pilot məktəbdə inklüziv siniflər fəaliyyət göstərir:

"Sağlamlıq imkanları məhdud uşaqların inklüziv siniflərdə xüsusi təhsil ehtiyaclarının qarşılanması üçün hər bir pilot məktəbdə loqopedik kapinet təşkil olunub. Loqoped-defektoloqla yanaşı məktəb psixoloqu da sağlamlıq imkanları məhdud uşaqların inklüziv mühitə uyğunlaşması üzrə bir sıra fəaliyyətlər həyata keçirir. Hazırda ölkəmizdə 24 pilot məktəbdə inklüziv siniflər fəaliyyət göstərir".

Bu mütəxəssislər necə yetişdirilib, hansı təlim proqramlarından keçib, sualına cavab olaraq nazirlikdən bildirilib ki, loqoped-defektoloqlar, məktəb psixoloqları, eləcə də müəllimlər inklüziv təhsil üzrə ixtisasartırma kursu keçərək inklüziv siniflərdə fəaliyyətə başlayırlar.
Nazirlikdən o da bildirilib ki, pilot məktəblərdə yerli təhsili idarəetmə orqanları, Azərbaycan Respublikasının Təhsil İnstitutu, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müntəzəm olaraq monitorinqlər keçirilir.
Şagird sıxlığına gəldikdə isə, nazirlikdən bildirilib ki, müəssisədə inklüziv təhsil sinfi “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı Normaları”nın tələbləri nəzərə alınmaqla 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdirilir. Şagird sayı çox olduqda paralel siniflər təşkil olunur.
Sağlamlıq imkanları məhdud uşağın müəssisənin yaxınlığında yaşaması necə təmin olunacaq, sualına cavab olaraq nazirlikdən bidirilib ki, inklüziv təhsilin əsas prinsiplərindən biri sağlamlıq imkanları məhdud uşaqların öz icmasında yerləşən təhsil müəssisəsində təhsil alma imkanının olmasıdır:

"Bu halda uşaq qonşuluqda yaşayan həmyaşıdları ilə bir yerdə təhsil alır, asudə vaxtını keçirir, sosial inteqrasiya üçün imkan tapır. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli 43 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnklüziv təhsilin təşkili Qaydalarının 2.1.4-cü bəndində uşağın yaxınlıqda yaşaması inklüziv sinfə qəbul meyarı kimi göstərilib".

© Sputnik / Leyla AbdullayevaAfər Abdullayeva Quba rayonunun Cağacıq kənd orta məktəbinin müəllimi
Afər Abdullayeva Quba rayonunun Cağacıq kənd orta məktəbinin müəllimi - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Afər Abdullayeva Quba rayonunun Cağacıq kənd orta məktəbinin müəllimi
"Yəni sağlamlıq imkanları məhdud uşaqların təhsil ehtiyacları yerli təhsili idarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən fərdi qaydada araşdırılır və qiymətləndirmənin nəticəsi olaraq uşağın ehtiyacına uyğun təhsil müəssisəsi müəyyənləşdirilir. Bu, şagirdin məhdudiyyətindən asılı olaraq, xüsusi təhsil müəssisəsi, inteqrasiya təlimli təhsil müəssisəsi ola bilər, yaxud ev şəraitində, stasionar şəraitdə və ya reabilitasiya mərkəzində təhsil uyğun görülə bilər. Mövcud normativ hüquqi aktlarda fiziki və əqli məhdudiyyətlərə uyğun təhsil forması müəyyənləşdirilmişdir. Hər bir halda şagirdin sağlamlıq məhdudiyyəti fərdi qaydada qiymətləndirilməlidir", - deyə verilən məlumatda bildirilib.
Müyəssərliyə gəldikdə, nazirlikdən bildirilib ki, inklüziv siniflər təşkil olunan təhsil müəssisələrinin infrastrukrurunda muvafiq rekonstruksiya aparılmaqla sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssərlik təmin olunur.
Qeyd eddək ki, inklüziv təhsil bir sıra ümumi təhsil müəssisələrində 2015-ci ildən pilot layihə qismində həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0