Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında külli miqdarda narkotik vasitə aşkarlanıb

© Sputnik / Ilham MustafaYük maşınları
Yük maşınları - Sputnik Azərbaycan, 1920, 16.04.2023
Abunə olmaq
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycandan tranzit keçməklə İrana gedən yük maşınında heroin aşkar edilib.
BAKI, 16 aprel - Sputnik. Naxçıvanda külli miqdarda narkotik vasitə aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsindən ümumilikdə təqribi çəkisi 71 kiloqram 800 qram narkotik vasitə-heroin aşkar edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbər lenti
0