CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında külli miqdarda narkotik vasitə aşkarlanıb

© The State Customs Committee of ARGömrük əməkdaşı
Gömrük əməkdaşı - Sputnik Azərbaycan, 1920, 16.04.2023
Abunə olmaq
Faktla bağlı araşdırmalara başlanılıb.
BAKI, 16 aprel - Sputnik. Naxçıvanda külli miqdarda narkotik vasitə aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsindən ümumilikdə təqribi çəkisi 71 kiloqram 800 qram narkotik vasitə-heroin aşkar edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbər lenti
0