https://sputnik.az/20230416/g7-alyansi-2030-cu-ile-qeder-kulek-enerjisi-istehsalini-yeddi-defe-artirmaq-niyyetindedir-453837931.html
G7 Alyansı 2030-cu ilə qədər külək enerjisi istehsalını yeddi dəfə artırmaq niyyətindədir
G7 Alyansı 2030-cu ilə qədər külək enerjisi istehsalını yeddi dəfə artırmaq niyyətindədir
Sputnik Azərbaycan
Külək istehsalı nəticəsində G7 ölkələri 2021-ci ilə nisbətən 7 dəfə, günəş panelləri vasitəsilə isə 3 dəfə çox elektrik enerjisi istehsal etməyə başlayacaq. 16.04.2023, Sputnik Azərbaycan
2023-04-16T22:00+0400
2023-04-16T22:00+0400
2023-04-19T11:58+0400
g7
dünya xəbərləri
yaponiya
iqlim
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435184232_0:0:3072:1728_1920x0_80_0_0_04df92e613e0142bb9f9e5797d6d20ca.jpg
BAKI, 16 aprel - Sputnik. Yaponiyanın Sapporo şəhərində keçirilən danışıqlarda G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) iqlim, enerji və ətraf mühit nazirləri 2030-cu ilə qədər külək enerjisi istehsalını 150 GVt- a çatdırmaq barədə razılığa gəliblər. Bu barədə "Nikkei" qəzeti Yaponiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatına istinadən yazıb. Bundan əlavə, tərəflər günəş panellərindən istifadə etməklə günəş enerjisi istehsalını 1 TVt-a çatdırmaq barədə razılığa gəliblər. Qəzetin hesablamalarına görə, külək istehsalı nəticəsində G7 ölkələri 2021-ci ilə nisbətən 7 dəfə, günəş panelləri vasitəsilə isə 3 dəfə çox elektrik enerjisi istehsal etməyə başlayacaq. G7 ölkələrinin nazirləri aprelin 15-dən 16-dək Sapporoda görüşüblər. Görüşün yekunlarına dair birgə bəyanat hələ Yaponiyanın Ətraf Mühit Nazirliyinin saytında dərc edilməyib. Bu yaxınlarda, aprelin 15-də "ZDF" telekanalı Almaniyanın atom elektrik stansiyalarının (AES) operator-şirkətinin məlumatına istinadən xəbər verib ki, Almaniyada fəaliyyət göstərən son üç AES-lər - "İzar-2" (Bavariya), "Nekkarvesthaym-2" (Baden-Vürtemberq) və "Emsland" (Aşağı Saksoniya) fəaliyyətini dayandırıb.22-ci il may ayının sonunda "The Economic Times" Hindistanın qərbindəki Racastan əyalətindəki Caysalmer şəhərində Hindistanın ilk günəş-külək elektrik stansiyasının yaranması haqqında yazıb.
https://sputnik.az/20230115/socar-ile-masdar-sirketi-arasinda-birge-islenme-sazisleri-imzalanib-450698344.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435184232_223:0:2954:2048_1920x0_80_0_0_56a433bb5dce8e06738d8a627d823788.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
g7, yaponiya, iqlim
G7 Alyansı 2030-cu ilə qədər külək enerjisi istehsalını yeddi dəfə artırmaq niyyətindədir
22:00 16.04.2023 (Yenilənib: 11:58 19.04.2023) Külək istehsalı nəticəsində G7 ölkələri 2021-ci ilə nisbətən 7 dəfə, günəş panelləri vasitəsilə isə 3 dəfə çox elektrik enerjisi istehsal etməyə başlayacaq.
BAKI, 16 aprel - Sputnik. Yaponiyanın Sapporo şəhərində keçirilən danışıqlarda G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) iqlim, enerji və ətraf mühit nazirləri 2030-cu ilə qədər külək enerjisi istehsalını 150 GVt- a çatdırmaq barədə razılığa gəliblər.
Bu barədə "Nikkei" qəzeti Yaponiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatına istinadən yazıb.
Bundan əlavə, tərəflər günəş panellərindən istifadə etməklə günəş enerjisi istehsalını 1 TVt-a çatdırmaq barədə razılığa gəliblər.
Qəzetin hesablamalarına görə, külək istehsalı nəticəsində G7 ölkələri 2021-ci ilə nisbətən 7 dəfə, günəş panelləri vasitəsilə isə 3 dəfə çox elektrik enerjisi istehsal etməyə başlayacaq.
G7 ölkələrinin nazirləri aprelin 15-dən 16-dək Sapporoda görüşüblər. Görüşün yekunlarına dair birgə bəyanat hələ Yaponiyanın Ətraf Mühit Nazirliyinin saytında dərc edilməyib.
Bu yaxınlarda, aprelin 15-də "ZDF" telekanalı Almaniyanın atom elektrik stansiyalarının (AES) operator-şirkətinin məlumatına istinadən xəbər verib ki, Almaniyada fəaliyyət göstərən son üç AES-lər - "İzar-2" (Bavariya), "Nekkarvesthaym-2" (Baden-Vürtemberq) və "Emsland" (Aşağı Saksoniya) fəaliyyətini dayandırıb.
22-ci il may ayının sonunda "The Economic Times" Hindistanın qərbindəki Racastan əyalətindəki Caysalmer şəhərində Hindistanın ilk günəş-külək elektrik stansiyasının yaranması haqqında yazıb.