https://sputnik.az/20230416/dondurma-movsumu-baslamaq-uzredir-zeherlenmemek-ucun-nelere-diqqet-edilmelidir-453836748.html
Dondurma mövsümü başlamaq üzrədir: Zəhərlənməmək üçün nələrə diqqət edilməlidir?
Dondurma mövsümü başlamaq üzrədir: Zəhərlənməmək üçün nələrə diqqət edilməlidir?
Sputnik Azərbaycan
Kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət... 16.04.2023, Sputnik Azərbaycan
2023-04-16T17:40+0400
2023-04-16T17:40+0400
2023-04-17T01:00+0400
səhiyyə
dondurma
aqta
https://cdnn1.img.sputnik.az/img/42415/68/424156856_0:95:2811:1676_1920x0_80_0_0_c174b7aa8bed67eea9ab2c6ef636d6cd.jpg
BAKI, 16 aprel - Sputnik. Havalar istiləşdikcə, qışdan yeni çıxmış insanlar yaz və yay fəsillərinini əvəzolunmaz sərinləşdiricisi dondurmaya üz tuturlar. Bəs dondurma mövsümü başlamadan marketlərdən onları alıb yemək nə dərəcədə məsləhətlidir? Qeyd edək ki, aparılan müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.AQTA vətəndaşlara əvvəlki müraciətlərində dəfələrlə bildirib ki, alınan dondurmalarla bağlı hər hansı narahatlıq olarsa, konkret faktlarla bağlı agentliyin "1003-Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.Bununla belə, kəs dondurma alarkən diqqətli olmalıdır.Kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır. Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır.Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.Dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmasına diqqət edilməlidir. Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd olunmalıdır. Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz.Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır. Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır.Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır. Dondurmaların saxlanılması qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.Əgər zəhərlənmək istəmirsizsə, dondurmanı alarkən ilk olaraq onun öz formasını saxlayıb-saxlamadığına diqqət yetirməlisiz. Bəzən dondurma düzgün şəraitdə və eyni temperaturda saxlanılmadıqda əriyərək öz formasını itirir və yenidən dondurulduqda əvvəlki formasında olmur. Dəyişik temperaturlarda saxlanılan dondurmanın tərkibi dəyişir. Belə dondurma qarın ağrısına, qusmaya, ishala səbəb ola bilər. Mütəxəssislər iddia edirlər ki, dondurmanın üzərindən isti nəsə içmək və ya yemək doğru deyil. Lakin sınaqlar göstərir ki, dondurmanın üzərindən dərhal isti su və ya çay içsəniz, boğazınızda xoşagəlməz ağrıların baş verməsinin qarşısını ala bilərsiniz. Xüsusilə bu, faringit, laringit və digər boğaz ağrılarından əziyyət çəkən şəxslərə tövsiyə olunur. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42415/68/424156856_9:0:2738:2047_1920x0_80_0_0_7c61619976c755079c44777879f334f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dondurma, aqta
Dondurma mövsümü başlamaq üzrədir: Zəhərlənməmək üçün nələrə diqqət edilməlidir?
17:40 16.04.2023 (Yenilənib: 01:00 17.04.2023) Kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır.
BAKI, 16 aprel - Sputnik. Havalar istiləşdikcə, qışdan yeni çıxmış insanlar yaz və yay fəsillərinini əvəzolunmaz sərinləşdiricisi dondurmaya üz tuturlar. Bəs dondurma mövsümü başlamadan marketlərdən onları alıb yemək nə dərəcədə məsləhətlidir?
Qeyd edək ki, aparılan müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
AQTA vətəndaşlara əvvəlki müraciətlərində dəfələrlə bildirib ki, alınan dondurmalarla bağlı hər hansı narahatlıq olarsa, konkret faktlarla bağlı agentliyin "1003-Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.
Bununla belə, kəs dondurma alarkən diqqətli olmalıdır.
Kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır. Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır.
Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.
Dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmasına diqqət edilməlidir. Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd olunmalıdır. Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz.
Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır. Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır.
Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır. Dondurmaların saxlanılması qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.
Əgər zəhərlənmək istəmirsizsə, dondurmanı alarkən ilk olaraq onun öz formasını saxlayıb-saxlamadığına diqqət yetirməlisiz. Bəzən dondurma düzgün şəraitdə və eyni temperaturda saxlanılmadıqda əriyərək öz formasını itirir və yenidən dondurulduqda əvvəlki formasında olmur. Dəyişik temperaturlarda saxlanılan dondurmanın tərkibi dəyişir. Belə dondurma qarın ağrısına, qusmaya, ishala səbəb ola bilər.
Mütəxəssislər iddia edirlər ki, dondurmanın üzərindən isti nəsə içmək və ya yemək doğru deyil. Lakin sınaqlar göstərir ki, dondurmanın üzərindən dərhal isti su və ya çay içsəniz, boğazınızda xoşagəlməz ağrıların baş verməsinin qarşısını ala bilərsiniz. Xüsusilə bu, faringit, laringit və digər boğaz ağrılarından əziyyət çəkən şəxslərə tövsiyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.