DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Amerikalı polkovnik Pentaqonun faciəvi səhvi barədə xəbərdarlıq edib

© AFP 2024 / TECH. SGT. ANDY DUNAWAYPentaqon
Pentaqon - Sputnik Azərbaycan, 1920, 16.04.2023
Abunə olmaq
ABŞ-lı polkovnikin fikrincə, ABŞ yanlışlıqla Rusiyanı keçmiş Sovet İttifaqı ilə səhv salaraq Soyuq Müharibə prizmasından baxmaqda davam edir və bu, normal münasibətlərin qurulmasına mane olur.
BAKI, 16 aprel - Sputnik. Amerika hakimiyyəti Ukrayna böhranı fonunda nəzərə çarpan silah sisteminin inkişafını səhv planlaşdırıb.
Bunu Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor jurnalist Natali Brunellə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, ABŞ-da Müdafiə Nazirliyinin maliyyələşdirilməsinin asılı olduğu kritik iqtisadi vəziyyət şəraitində xüsusi təhlükə yaradır.
"Bilirsiniz ki, bizim hazırkı hərbi quruluşumuz İkinci Dünya Müharibəsinin faciəvi şəkildə parlaq xatirəsi olaraq qalır. Biz hələ də yerüstü donanmalar, aviadaşıyıcı döyüş qrupları, hərəkət etmək üçün çox ağır olan, qaldıra bilinməyəcək qədər ağır olan böyük, əlverişsiz ordu bölmələri qururuq. Amma daha pisi odur ki, dünya artıq belə mübarizə aparmır və bu, bizim diqqət etməli olduğumuz şeylərdən biridir. Ukraynada baş verənlər hadisələrə baxış tərzinizi kökündən dəyişir. Bu, böyük problemdir”, - Makqreqor bildirib.
Polkovnik onu da vurğulayıb ki, ABŞ-da müdafiə məsələsi Amerika ordusunun silahlanmasına sərmayə qoyan konkret elitaların fundamental marağına çevrilib.
"“Biz təhlükənin dəyərdən düşdüyünü görürük. Siz bu dəhşətli hərbi quruluşu saxlamaq istəyirsiniz və bunun həyati vacib olduğu düşüncəsini israrla davam etdirirsiniz. Çünki 10 sent və ya on milyard dollardan az xərclənsə, bizim fəth olunmaq, işğala məruz qalmaq və mıhv edilmək riskimiz var", - Makqreqor deyib.
Polkovnik əlavə edib ki, ABŞ yanlışlıqla Rusiyanı keçmiş Sovet İttifaqı ilə səhv salaraq Soyuq Müharibə prizmasından baxmaqda davam edir və bu, normal münasibətlərin qurulmasına mane olur.
Xəbər lenti
0