DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da USQ-nin əks-hücumunun uğuruna şübhə edirlər

© AP Photo / LIBKOSUkrayna hərbçiləri
Ukrayna hərbçiləri - Sputnik Azərbaycan, 1920, 16.04.2023
Abunə olmaq
Pentaqonun məlumatlarını araşdıran amerikalı analitiklər Ukraynadakı münaqişənin "tükənmə döyüşü" mərhələsinə qədəm qoyduğu qənaətinə gəliblər.
BAKI, 16 aprel - Sputnik. ABŞ Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücum əməliyyatının uğuruna şübhə edir, çünki Kiyevdə silah və təlim səviyyəsi çatışmır.
Bunu "The Washington Post" qəzetinin icmalçısı Devid İqnatius yazıb.
"ABŞ rəsmiləri Ukraynanın bu iddialı planın həyata keçirilməsində maneələrin mövcudluğunu etiraf edirlər", - deyə İqnatius qeyd edib.
İcmalçısı qeyd edib ki, Pentaqonun məlumatlarını araşdıran amerikalı analitiklər Ukraynadakı münaqişənin "tükənmə döyüşü" mərhələsinə qədəm qoyduğu qənaətinə gəliblər.
Bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken Pentaqonun məxfi sənədlərinin sızmasının ABŞ-ın müttəfiqlərlə münasibətlərinə təsir etmədiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton müttəfiqləri və tərəfdaşları ilə əlaqə saxlayıb və "kəşfiyyatın məlumatlarının qorunmasına və təhlükəsizlik sahəsində tərəfdaşlığa sadiqliyini açıq şəkildə ifadə edib.
Xatırladaq ki, ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı internetdə məxfi sənədlər peyda olub. Bu sənədlərdə Vaşinqtonun Hind-Çin, Yaxın Şərqdəki fəaliyyəti, eləcə də Çinlə rəqabəti haqqında məlumatlar olub. Orada Qərb ölkələrinin Ukraynaya hərbi yardımı, ABŞ, Böyük Britaniya daxil olmaqla bir sıra NATO ölkələrinin xüsusi təyinatlı qüvvələrinin Ukraynada döyüşdüyünə dair məlumatlar da əksini tapıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xəbər lenti
0