https://sputnik.az/20230415/yevlax-zaqatala-gurcustan-dovlet-serhedi-yolunun-bir-hissesi-niye-baglanib-453799655.html
Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunun bir hissəsi niyə bağlanıb?
Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunun bir hissəsi niyə bağlanıb?
Sputnik Azərbaycan
Balakən və əks istiqamətdə hərəkət edən bütün növ avtomobillər şəhərin digər girişindəki körpüdən istifadə edəcək . 15.04.2023, Sputnik Azərbaycan
2023-04-15T12:53+0400
2023-04-15T12:53+0400
2023-04-15T12:53+0400
yol
cəmiyyət
zaqatala
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443559529_0:320:3073:2048_1920x0_80_0_0_ff336576ee1b4530032e24468fdf6b59.jpg
BAKI, 15 aprel — Sputnik. Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsi bağlanıb. Zaqatala şəhərinin girişindəki Tala çayı üzərindəki körpünün əsaslı təmiri ilə əlaqədar bu gün saatlarından yolda hərəkət məhdudlaşdırılıb. Balakən və əks istiqamətdə hərəkət edən bütün növ avtomobillər şəhərin digər girişindəki körpüdən istifadə edəcək. Qeyd edək ki, təmirə bağlanan körpü 1967-ci ildə istifadəyə verilib. Körpü istifadəyə verilən zaman uzunluğu 132 metr, eni 7 metr olub. 2017-ci ildə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun 124-164-cü kilometrliyində yenidənqurma və əsaslı bərpa işləri aparılan zaman Tala çayı üzərindəki körpü əsaslı təmir edilib.Təmirdən sonra körpüdə hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə 3 metr təşkil edib. Lakin körpüdə təmir aparılan zaman konstruksiya işləri düzgün aparılmadığından körpünün hər iki başı tez-tez dağılaraq yararsız hala düşürdü.Bu da avtomobillərin körpüdən hərəkətində çətinliklər yaradırdı. Demək olar ki, körpünün hər iki başı həftə ərazində iki dəfə təmir edilirdi.(APA)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443559529_163:0:2894:2048_1920x0_80_0_0_9711bb12b87e166420bbb776d9d202a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yol, zaqatala, gürcüstan
Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunun bir hissəsi niyə bağlanıb?
Balakən və əks istiqamətdə hərəkət edən bütün növ avtomobillər şəhərin digər girişindəki körpüdən istifadə edəcək .
BAKI, 15 aprel — Sputnik. Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsi bağlanıb. Zaqatala şəhərinin girişindəki Tala çayı üzərindəki körpünün əsaslı təmiri ilə əlaqədar bu gün saatlarından yolda hərəkət məhdudlaşdırılıb.
Balakən və əks istiqamətdə hərəkət edən bütün növ avtomobillər şəhərin digər girişindəki körpüdən istifadə edəcək.
Qeyd edək ki, təmirə bağlanan körpü 1967-ci ildə istifadəyə verilib. Körpü istifadəyə verilən zaman uzunluğu 132 metr, eni 7 metr olub. 2017-ci ildə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun 124-164-cü kilometrliyində yenidənqurma və əsaslı bərpa işləri aparılan zaman Tala çayı üzərindəki körpü əsaslı təmir edilib.
Təmirdən sonra körpüdə hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə 3 metr təşkil edib. Lakin körpüdə təmir aparılan zaman konstruksiya işləri düzgün aparılmadığından körpünün hər iki başı tez-tez dağılaraq yararsız hala düşürdü.
Bu da avtomobillərin körpüdən hərəkətində çətinliklər yaradırdı. Demək olar ki, körpünün hər iki başı həftə ərazində iki dəfə təmir edilirdi.