Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Rəsmi Bakı Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib

© Sputnik / Murad OrujovAzərbaycan bayrağı
Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
Xatırladaq ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında yerli azarkeşlərdən biri öz millətinə xas olan vandalizmi nümayiş etdirərək Azərbaycan bayrağını yandırıb.
BAKI, 15 aprel - Sputnik. “Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.
O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir:
“Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.
Xatırladaq ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında yerli azarkeşlərdən biri öz millətinə xas olan vandalizmi nümayiş etdirərək Azərbaycan bayrağını yandırıb. Sosial şəbəkələrdə bu tərbiyəsiz şəxsin dizayner Aram Nikolyan olduğu bildirilir.
İrəvanda Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 14.04.2023
DÜNYA XƏBƏRLƏRİ
Ermənistandan növbəti vandallıq: İrəvanda Azərbaycan bayrağı yandırılıb - VİDEO
Xəbər lenti
0