Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hulusi Akar: Türkiyə Azərbaycanı ədalətli mübarizəsində bundan sonra da dəstəkləyəcək

© AR Ministry of DefenceZakir Həsənov və Hulusi Akar
Zakir Həsənov və Hulusi Akar  - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
Türkiyənin müdafiə naziri Azərbaycandan olan həmkarına başsağlığı verib.
BAKI, 15 aprel - Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ermənistanla sərhəddə təxribatın qarşısını alarkən üç Azərbaycan hərbçisinin həlak olması ilə bağlı Azərbaycanın müdafiə naziri Zakir Həsənova başsağlığı verib. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Türkiyə Müdafiə Naziri “Əziz qardaş” sözləri ilə başlayan məktubda Azərbaycan xalqının dərdini ürəkdən paylaşdığını vurğulayıb.
Türkiyəli nazir vurğulayıb ki, Türkiyə ilə Azərbaycanın ortaq taleyi var, münasibətləri “Bir millət - iki dövlət” prinsipi işığında qurur.

“Türkiyə qardaş Azərbaycana ədalətli mübarizəsində bütün imkanları ilə dəstək olub və bundan sonra da dəstəkləyəcək. Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına başsağlığı verirəm”, - deyə Hulusi Akar məktubunda bildirir.

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Goris rayonunun Dıq qəsəbəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun Laçın istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Daha sonra düşmən minaatanlardan və iriçaplı silahlardan Azərbaycan mövqelərini atəşə tutmağa davam edib. Erməni tərəfinin təxribatının qarşısı alınarkən Azərbaycan ordusunun 3 hərbçisi şəhid olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0