CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektron Təhlükəsizlik Xidmətindən vətəndaşlara xəbərdarlıq

© pixabay / FirmBeeElektron qurğular
Elektron qurğular - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
Qurum vətəndaşlara şübhəli mesajların tərkibindəki qeyd olunan veb-ünvanlara daxil olmamağı tövsiyə edir.
BAKI, 15 aprel - Sputnik. Kiberdələduzlar tərəfindən vətəndaşlara ani mesajlaşma proqramları vasitəsilə mesajlar göndərilir. Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən Azərtac-a bildirilib.
Qeyd olunub ki, həmin mesajlar müəyyən internet informasiya ehtiyatına giriş məlumatlarını və balans vəsaitini əks etdirir.
"Xidmət vətəndaşlara bu kimi mesajların tərkibindəki qeyd olunan veb-ünvanlara daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir", - deyə məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0