DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynadakı münaqişə ABŞ və Avropanın ona dəstəyi dayandırması ilə sona çatacaq – Orban

© AP Photo / Markus SchreiberViktor Orban, arxiv şəkli
Viktor Orban, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Viktor Orban Ukraynanın, əslində, maliyyə cəhətdən mövcud olmayan ölkə olduğunu bildirib.
BAKI, 14 aprel — Sputnik. Avropa Ukraynanın saxlanmasına on milyardlarla dollar xərcləyir. Bu, sonsuza qədər davam edə bilməz.
Bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.
"Biz Ukraynanın təqaüdlərini, hesablarını ödəyirik, dövlət qurumlarını, səhiyyəni, təhsili saxlayırıq. Bunlar Avropa iqtisadiyyatının özünün ehtiyacı olduğu böyük məbləğlərdir, bir neçə on milyardlarla dollardır. Və aydındır ki, bu, sonsuza qədər davam edə bilməz", - deyə Orban "Kossuth" radiosunun efirində bildirib.
Macarıstanın baş naziri, həmçinin qeyd edib ki, Macarıstan Aİ-nin ümumi büdcələri vasitəsilə Ukraynanın maliyyələşdirilməsində də iştirak edir, buna baxmayaraq, Zakarpatyada macar azlığının vəziyyəti daim pisləşir.
"Əslində, Ukrayna maliyyə cəhətdən mövcud olmayan ölkədir. İqtisadi göstəricilərin azalması çox böyükdür, bu, müharibə səbəbindən tamamilə başa düşüləndir. Ukraynanın özünü maliyyələşdirə bilməyəcəyi açıq-aydın görünür. Söhbət ondan gedir ki, biz Ukraynanı dəstəkləyirikmi? Düşünürəm ki, Amerika və Avropanın bu suala "yox" cavabı verəcəyi an, müharibə bitəcək", - deyə Orban sözünü tamamlayıb.
Xəbər lenti
0