https://sputnik.az/20230414/turkiyede-zelzelede-olenlerin-sayi-artib-453774124.html
Türkiyədə zəlzələdə ölənlərin sayı artıb
Türkiyədə zəlzələdə ölənlərin sayı artıb
Sputnik Azərbaycan
Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib ki, ölənlərin sayı 50500 nəfərə çatıb 14.04.2023, Sputnik Azərbaycan
2023-04-14T13:55+0400
2023-04-14T13:55+0400
2023-04-14T13:56+0400
zəlzələ
hadisə
türkiyə
daxili işlər naziri süleyman soylu
süleyman soylu
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452188924_0:160:3072:1888_1920x0_80_0_0_68544c1ef0e174703fda58171da7e616.jpg
BAKI, 14 aprel — Sputnik. Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələdə ölənlərin sayı artıb. Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ölənlərin sayı 50500 nəfərə çatıb. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. (Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452188924_171:0:2902:2048_1920x0_80_0_0_f98159767a79c935a7b328c5a2de5124.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, türkiyə, daxili işlər naziri süleyman soylu, süleyman soylu
zəlzələ, türkiyə, daxili işlər naziri süleyman soylu, süleyman soylu
Türkiyədə zəlzələdə ölənlərin sayı artıb
13:55 14.04.2023 (Yenilənib: 13:56 14.04.2023) Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib ki, ölənlərin sayı 50500 nəfərə çatıb
BAKI, 14 aprel — Sputnik. Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələdə ölənlərin sayı artıb.
Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ölənlərin sayı 50500 nəfərə çatıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. (Report)