CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentin Mədəniyyət komitəsində İTV Yayım Şurasına yeni namizədlər müzakirəyə çıxarılıb

© Photo : İTVİctimai televiziya
İctimai televiziya - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
İTV Yayım Şurasına namizədliyi irəli sürülən şəxslərin adları açıqlanıb
BAKI, 14 aprel — Sputnik. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərin seçilməsi məsələsi Milli Məclisə daxil olub.
Məsələ bu gün parlamentin Mədəniyyət komitəsində müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Həsən Cəfərov (AHİK-in katibi) və Əzim Talıbov (AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin katib), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) və Sərxan Xavəri (AMEA Rəyasət Heyətinin elmi katibi), Mətbuat Şurası Azər Həsrət (Mətbuat Şurası İdarə Heyətinin üzvü) və Aqil Ələsgərin (Mətbuat Şurası İdarə Heyətinin üzvü) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb (APA).
Xəbər lenti
0