https://sputnik.az/20230414/mdb-xarici-sler-nazirleri-surasinin-novbeti-iclasi-biskekde-kecirilecek-453777659.html
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bişkekdə keçiriləcək
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bişkekdə keçiriləcək
Sputnik Azərbaycan
Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının bu gün Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək iclasında təşkilat çərçivəsində əməkdaşlığın... 14.04.2023, Sputnik Azərbaycan
2023-04-14T15:32+0400
2023-04-14T15:32+0400
2023-04-14T15:43+0400
bişkek
dünya xəbərləri
mdb
https://cdnn1.img.sputnik.az/img/41655/26/416552627_0:130:3183:1920_1920x0_80_0_0_078bbf08c5c914d73e3918fdbbbfbaab.jpg
BAKI, 14 aprel — Sputnik. "MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bişkekdə keçiriləcək". Bu barədə MDB Baş katibi Sergey Lebedev açıqlama verib. O qeyd edib ki, iclas 12 oktyabr tarixində baş tutacaq. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) bu gün Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək iclasında təşkilat çərçivəsində əməkdaşlığın inkişafına dair 11 məsələ müzakirə olunacaq. Sputnik Özbəkistan-ın xəbərinə görə, görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB daxilində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, eyni zamanda MDB formatında çoxşaxəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək. Görüşdə hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq həm MDB ölkələri çərçivəsində, həm də onun sərhədləri boyu təhlükəsizliyin təmin edilməsi məsələləsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır. Qeyd edək ki, xarici siyasət koordinasiyasının gücləndirilməsi üzrə iş kontekstində MDB-yə üzv dövlətlərin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın aktivləşdirilməsi üzrə Fəaliyyət Proqramının və MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr Planının 2022-ci ildə icrasının nəticələri müzakirə olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41655/26/416552627_226:0:2957:2048_1920x0_80_0_0_2b75845997686e0779b0d8dfd01eadee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bişkek, mdb
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bişkekdə keçiriləcək
15:32 14.04.2023 (Yenilənib: 15:43 14.04.2023) Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının bu gün Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək iclasında təşkilat çərçivəsində əməkdaşlığın inkişafına dair 11 məsələ müzakirə olunub.
BAKI, 14 aprel — Sputnik. "MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bişkekdə keçiriləcək".
Bu barədə MDB Baş katibi Sergey Lebedev açıqlama verib.
O qeyd edib ki, iclas 12 oktyabr tarixində baş tutacaq.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) bu gün Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək iclasında təşkilat çərçivəsində əməkdaşlığın inkişafına dair 11 məsələ müzakirə olunacaq.
Sputnik Özbəkistan-ın xəbərinə görə, görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB daxilində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, eyni zamanda MDB formatında çoxşaxəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.
Görüşdə hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq həm MDB ölkələri çərçivəsində, həm də onun sərhədləri boyu təhlükəsizliyin təmin edilməsi məsələləsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.
Qeyd edək ki, xarici siyasət koordinasiyasının gücləndirilməsi üzrə iş kontekstində MDB-yə üzv dövlətlərin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın aktivləşdirilməsi üzrə Fəaliyyət Proqramının və MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr Planının 2022-ci ildə icrasının nəticələri müzakirə olunacaq.