https://sputnik.az/20230414/hesablama-palatasinin-oten-il-verdiyi-205-teklif-tesdiq-edilib-453753342.html
Hesablama Palatasının ötən il verdiyi 205 təklif təsdiq edilib
Hesablama Palatasının ötən il verdiyi 205 təklif təsdiq edilib
Sputnik Azərbaycan
Hesabat dövründə Palatanın təklifinə əsasən, Dövlət Gömrük Komitəsinin və tabeliyindəki gömrük orqanlarının yığım səlahiyyətində olan gömrük yığımlarına əlavə... 14.04.2023, Sputnik Azərbaycan
2023-04-14T07:43+0400
2023-04-14T07:43+0400
2023-04-14T10:10+0400
cəmiyyət
hesablama palatası
təklif
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_0:0:3071:1728_1920x0_80_0_0_7304bbf65ac445748cb78605e06255dd.jpg
BAKI, 14 aprel — Sputnik. 2022-ci ildə Hesablama Palatasının auditlərlə müəyyən etdiyi pozuntuların aradan qaldırılması, eyni zamanda müxtəlif istiqamətlər üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə dövlət qurumlarına verdiyi ümumilikdə 205 (maliyyə və prosedur xarakterli olmaqla) təklif təsdiq edilib. Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənədə əsasən, həmin təkliflərin 123-ü tam, 40-ı qismən icra edilib, 42-si isə qanunvericiliklə müəyyən edilmiş müddəti bitməyən və icrası davam edən təkliflər olub. Hesabat dövründə Palatanın təklifinə əsasən, Dövlət Gömrük Komitəsinin və tabeliyindəki gömrük orqanlarının yığım səlahiyyətində olan gömrük yığımlarına əlavə dəyər vergisinin tətbiqi bu il yanvarın 1-dən dayandırılıb. Hesablama Palatasının həyata keçirdiyi bəzi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, dövlət maliyyə idarəetməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli, məqsədyönlü istifadə ilə bağlı Nazirlər Kabinetinə tövsiyələr təqdim edilib və ilk dəfə Azərbaycan hökuməti 2022-ci ilin fəaliyyəti haqqında hesabata Palatanın tövsiyələrinin nəzərə alınması barədə məlumat daxil edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_169:0:2900:2048_1920x0_80_0_0_db50f5bdc65d50919a2723de53ef9bf3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hesablama palatası, təklif
hesablama palatası, təklif
Hesablama Palatasının ötən il verdiyi 205 təklif təsdiq edilib
07:43 14.04.2023 (Yenilənib: 10:10 14.04.2023) Hesabat dövründə Palatanın təklifinə əsasən, Dövlət Gömrük Komitəsinin və tabeliyindəki gömrük orqanlarının yığım səlahiyyətində olan gömrük yığımlarına əlavə dəyər vergisinin tətbiqi bu il yanvarın 1-dən dayandırılıb
BAKI, 14 aprel — Sputnik. 2022-ci ildə Hesablama Palatasının auditlərlə müəyyən etdiyi pozuntuların aradan qaldırılması, eyni zamanda müxtəlif istiqamətlər üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə dövlət qurumlarına verdiyi ümumilikdə 205 (maliyyə və prosedur xarakterli olmaqla) təklif təsdiq edilib.
Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Sənədə əsasən, həmin təkliflərin 123-ü tam, 40-ı qismən icra edilib, 42-si isə qanunvericiliklə müəyyən edilmiş müddəti bitməyən və icrası davam edən təkliflər olub.
Hesabat dövründə Palatanın təklifinə əsasən, Dövlət Gömrük Komitəsinin və tabeliyindəki gömrük orqanlarının yığım səlahiyyətində olan gömrük yığımlarına əlavə dəyər vergisinin tətbiqi bu il yanvarın 1-dən dayandırılıb. Hesablama Palatasının həyata keçirdiyi bəzi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, dövlət maliyyə idarəetməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli, məqsədyönlü istifadə ilə bağlı Nazirlər Kabinetinə tövsiyələr təqdim edilib və ilk dəfə Azərbaycan hökuməti 2022-ci ilin fəaliyyəti haqqında hesabata Palatanın tövsiyələrinin nəzərə alınması barədə məlumat daxil edib.