DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

GT: ABŞ-ın hegemonluğu qoruyub saxlamaq cəhdi uğursuzluğa məhkumdur

© AP Photo / Charlie NeibergallABŞ bayrağı
ABŞ bayrağı - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Nəşr qeyd edib ki, yeni dünya nizamına çağıran səslər getdikcə daha çox artır.
BAKI, 14 aprel — Sputnik. ABŞ-ın hegemonluğu qoruyub saxlamaq cəhdləri uğursuzluğa məhkumdur.
Bu barədə Çinin "Global Times" qəzeti məlumat verib.
"ABŞ-ın xoşuna gəlsə də, gəlməsə də, yeni dünya nizamına çağıran səslər getdikcə daha çox artır. Dedollarizasiya başlayıb", - məqalədə deyilir.
Nəşr qeyd edib ki, BRİCS-in əhəmiyyəti artır, G7-nin təsiri isə azalır.
"Bunlar ABŞ-ın düşmən yaratmaq, təzyiqi artırmaq və ya başqalarına məcbur etmək yolu də geri qaytara bilməyəcəyi tendensiyalardır", - deyə nəşr vurğulayıb.
"KP.RU" saytı yazıb ki, 2022-ci ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putin Rusiya və Çin arasında milli valyutalarda qarşılıqlı hesablaşmaların payının 27,5%-ə yüksəldiyini bildirib.
"Biz bu gün cənab Si Cinpinlə məmnuniyyətlə qeyd etdik ki, bu ilin birinci rübünün nəticələrinə görə, Rusiya ilə Çin arasında ticarətdə milli valyutalarla hesablaşmaların payı 27,5%-ə yüksəlib", - deyə Rusiya lideri ÇXR sədri və Monqolustan prezidenti ilə görüşündə deyib.
Xəbər lenti
0