https://sputnik.az/20230414/ermeni-qriqoryan-kilsesinin-torpaqlarimizda-yaratdigi-ideoloji-istehkamlar-mehv-edilib-453760188.html
Erməni-qriqoryan Kilsəsinin torpaqlarımızda yaratdığı ideoloji istehkamlar məhv edilib
Erməni-qriqoryan Kilsəsinin torpaqlarımızda yaratdığı ideoloji istehkamlar məhv edilib
Sputnik Azərbaycan
Qurbanlı bildirib ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik... 14.04.2023, Sputnik Azərbaycan
2023-04-14T10:51+0400
2023-04-14T10:51+0400
2023-04-14T10:59+0400
kilsə
cəmiyyət
məscid
prezident ilham əliyev
qafqaz albaniyası
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/06/425650996_0:0:3073:1728_1920x0_80_0_0_34898a8dade19accfb7d257c1c8898af.jpg
BAKI, 14 aprel — Sputnik. Ermənilərin indiki Ermənistan ərazisində yerləşən və Azərbaycana məxsus olan tarixi və mədəni irsin silinməsində məqsəd bu ərazilərin azərbaycanlılarla bağlılığının yox edilməsi və dünya ictimaiyyətinə saxta məlumatların təqdim edilməsidir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Qafqaz Albaniyası: dini və sosial həyatı" mövzusunda keçirilən X beynəlxalq konfransda deyib. O bildirib ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirilb: "Mövcud olan 60-dan çox məscid, 200-ə yaxın ziyarətgah dağıdılıb və ya təhqir predmetinə çevrilib, eləcə də alban xristian məbədləri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb və ya dağıdılıb. Bundan başqa, Xocavənd rayonu ərazisindəki pravoslav kilsəsi ermənilər tərəfindən talan edilib və dağıdılıb. Azərbaycanın tarixi və əzəli torpaqlarındakı mədəni irsin silinməsi və ya özgəninkiləşdirilməsində də məqsəd bu ərazilərin azərbaycanlılarla bağlılığının yox edilməsi və dünya ictimaiyyətinə saxta məlumatların təqdim edilməsi olub". Dövlət Komitəsinin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin siyasəti və Azərbaycan Ordusunun şücaəti ilə Erməni-qriqoryan Kilsəsinin rəhbərləri tərəfindən bu torpaqlarda qalmaq məqsədilə çoxlu sərmayə ilə yaradılan hərbi istehkamlarla yanaşı, "ideoloji istehkamlar" da darmadağın edilib: "Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sahib olduğu mədəni və dini irsə, o cümlədən Qafqaz Albaniyasına və ümumilikdə xristian dininə məxsus tarixi-dini abidələrə qarşı beynəlxalq normalara uyğun münasibəti bir daha dünya ictimaiyyətinə nümayiş etdirildi". (Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/06/425650996_0:0:2731:2048_1920x0_80_0_0_3c28ca4e4413e0df1a7f4818a53bb822.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kilsə, məscid, prezident ilham əliyev, qafqaz albaniyası
kilsə, məscid, prezident ilham əliyev, qafqaz albaniyası
Erməni-qriqoryan Kilsəsinin torpaqlarımızda yaratdığı ideoloji istehkamlar məhv edilib
10:51 14.04.2023 (Yenilənib: 10:59 14.04.2023) Qurbanlı bildirib ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirilb
BAKI, 14 aprel — Sputnik. Ermənilərin indiki Ermənistan ərazisində yerləşən və Azərbaycana məxsus olan tarixi və mədəni irsin silinməsində məqsəd bu ərazilərin azərbaycanlılarla bağlılığının yox edilməsi və dünya ictimaiyyətinə saxta məlumatların təqdim edilməsidir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Qafqaz Albaniyası: dini və sosial həyatı" mövzusunda keçirilən X beynəlxalq konfransda deyib.
O bildirib ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirilb: "Mövcud olan 60-dan çox məscid, 200-ə yaxın ziyarətgah dağıdılıb və ya təhqir predmetinə çevrilib, eləcə də alban xristian məbədləri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb və ya dağıdılıb. Bundan başqa, Xocavənd rayonu ərazisindəki pravoslav kilsəsi ermənilər tərəfindən talan edilib və dağıdılıb.
Azərbaycanın tarixi və əzəli torpaqlarındakı mədəni irsin silinməsi və ya özgəninkiləşdirilməsində də məqsəd bu ərazilərin azərbaycanlılarla bağlılığının yox edilməsi və dünya ictimaiyyətinə saxta məlumatların təqdim edilməsi olub".
Dövlət Komitəsinin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin siyasəti və Azərbaycan Ordusunun şücaəti ilə Erməni-qriqoryan Kilsəsinin rəhbərləri tərəfindən bu torpaqlarda qalmaq məqsədilə çoxlu sərmayə ilə yaradılan hərbi istehkamlarla yanaşı, "ideoloji istehkamlar" da darmadağın edilib: "Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sahib olduğu mədəni və dini irsə, o cümlədən Qafqaz Albaniyasına və ümumilikdə xristian dininə məxsus tarixi-dini abidələrə qarşı beynəlxalq normalara uyğun münasibəti bir daha dünya ictimaiyyətinə nümayiş etdirildi". (Report)