CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reys təyin edilib

© Azerbaijan Railways CJSCQatar
Qatar - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək
BAKI, 14 aprel — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə aprelin 21-nə əlavə reys təyin edib.
Səhmdar cəmiyyətinin xəbərinə görə, həmin tarixdə əlavə reys üzrə səhər saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar saat 13:20-də mənzil başına çatacaq.
Bakı-Ağstafa marşrutu üzrə ənənəvi reysin qrafikinə əsasən, hər gün saat 08:45-də yola çıxan qatar saat 13:40-da mənzilbaşına çatır, Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşərək Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatır.
Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.
Qeyd edək ki, martın 18-dən "Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə sərnişin daşımalarına start verib.
Xəbər lenti
0