https://sputnik.az/20230414/azerbaycan-qazaxistan-ticaret-dovriyyesi-keskin-artib---daha-da-artacagi-gozlenilir-453752272.html
Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi kəskin artıb - Daha da artacağı gözlənilir
Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi kəskin artıb - Daha da artacağı gözlənilir
Sputnik Azərbaycan
Keçən il Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 468 min dollara çatıb. İqtisadçı alim iki... 14.04.2023, Sputnik Azərbaycan
2023-04-14T10:00+0400
2023-04-14T10:00+0400
2023-04-14T10:00+0400
ticarət
iqtisadiyyat
azərbaycan
qazaxıstan
ticarət dövriyyəsi
dövlət statistika komitəsi
neft
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437637222_0:320:3072:2048_1920x0_80_0_0_d464160cb4d325af61313e8fc48e4e83.jpg
BAKI, 14 aprel — Sputnik. Azərbaycan ilə Qazaxıstanın ticarət dövriyyəsində kəskin artım müşahidə edilir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 468 min dollara çatıb. Ötən il Azərbaycandan Qazaxıstana 104 milyon dollar həcmində məhsul ixrac edilib. Qazaxıstandan ölkəmizə isə 494,4 milyon dollar həcmində məhsul idxal edilib. Qazaxıstan Azərbaycanın qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr sırasındadır. Keçən il Azərbaycan 102,7 milyon dollar dəyərində Qazaxıstana qeyri-neft məhsulları ixrac edib. 2021-ci illə müqayisədə ötən il Qazaxıstana qeyri-neft məhsullarının ixracı təxminən 2,6 dəfə artıb. Qeyd edək ki, aprelin 10-da Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü zamanı dövlət başçıları ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üçün imkanların olduğunu vurğulayıblar. "Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ötürülməsi birinci potensial imkandır" Ticarətin artırılması imkanları ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mənsur Bərxudarov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Qazaxıstan və Azərbaycan strateji tərəfdaşdır: "İki sahədə əməkdaşlıq üçün geniş imkanlar var. Birincisi, beynəlxalq nəqliyyat qovşağından istifadədir. Burada söhbət əsasən transxəzər beynəlxalq nəqliyyat marşrutundan (Orta Dəhliz) gedir. Yəni Qazaxıstan neftinin Azərbaycan vasitəsilə Gürcüstan, Türkiyə və Qərb ölkələrinə ötürülməsi birinci potensial imkandır. İkinci potensial imkan Azərbaycanla Qazaxıstan arasında neft-qaz sahəsində ümumiyyətlə, energetika sahəsində əməkdaşlıqdır. Yəni birgə neft hasilatını və emalını, neft-kimya sənayesində birgə investisiya qoyuluşlarını həyata keçirməklə əməkdaşlığı inkişaf etdirməkdir". İqtisadçı alim bildirib ki, digər sahələrdə də iki ölkə arasında əməkdaşlıq mövcuddur. Azərbaycan iş adamları Qazaxıstana investisiya qoyublar və bu potensial imkanları genişləndirmək məqsədəuyğundur. Ümumiyyətlə, hansı iqtisadi sahədə potensial imkan varsa, bundan istifadə etmək tərəflər üçün önəmlidir. "Potensial imkanlardan çox az istifadə olunur" Onun sözlərinə görə, bu gün əməkdaşlıq üçün iki ölkə arasında olan potensial imkanlardan çox az istifadə olunur. Qazaxıstan ilə Azərbaycanın ticarət dövriyyəsi bir neçə milyard dollara qədər qalxa bilər. Bundan başqa, tərəflər arasında turizm, balıqçılıq, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanları var. Azərbaycan Prezidentinin Qazaxıstana səfəri Xatırladaq ki, aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasında rəsmi səfərdə olub. Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə və geniş tərkibdə görüşləri keçirilib. Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb. Söhbət zamanı iki ölkənin nəqliyyat infrastrukturunun sinxronlaşdırılması, yüklərin daha sərbəst və sürətli keçidinin təmin edilməsinin önəmi də qeyd olunub. Qazaxıstandan buğda idxalı artıb Onu da əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycan Qazaxıstandan 280 min ton buğda idxal edib və bu da 2021-ci illə müqayisədə 5,3 dəfə çoxdur. Qazaxıstandan buğda idxalı 95 milyon 800 min dollara başa gəlib. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 342 dollara gətirilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437637222_350:245:2754:2048_1920x0_80_0_0_c4bf7119b96b610eb6fef7a4a83735e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ticarət, azərbaycan, qazaxıstan, ticarət dövriyyəsi, dövlət statistika komitəsi, neft
ticarət, azərbaycan, qazaxıstan, ticarət dövriyyəsi, dövlət statistika komitəsi, neft
Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi kəskin artıb - Daha da artacağı gözlənilir
Keçən il Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 468 min dollara çatıb. İqtisadçı alim iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu söyləyib.
BAKI, 14 aprel — Sputnik. Azərbaycan ilə Qazaxıstanın ticarət dövriyyəsində kəskin artım müşahidə edilir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 468 min dollara çatıb. Ötən il Azərbaycandan Qazaxıstana 104 milyon dollar həcmində məhsul ixrac edilib. Qazaxıstandan ölkəmizə isə 494,4 milyon dollar həcmində məhsul idxal edilib.
Qazaxıstan Azərbaycanın qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr sırasındadır. Keçən il Azərbaycan 102,7 milyon dollar dəyərində Qazaxıstana qeyri-neft məhsulları ixrac edib. 2021-ci illə müqayisədə ötən il Qazaxıstana qeyri-neft məhsullarının ixracı təxminən 2,6 dəfə artıb.
Qeyd edək ki, aprelin 10-da Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü zamanı dövlət başçıları ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üçün imkanların olduğunu vurğulayıblar.
"Qazaxıstan neftinin Azərbaycan vasitəsilə ötürülməsi birinci potensial imkandır"
Ticarətin artırılması imkanları ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mənsur Bərxudarov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Qazaxıstan və Azərbaycan strateji tərəfdaşdır: "İki sahədə əməkdaşlıq üçün geniş imkanlar var. Birincisi, beynəlxalq nəqliyyat qovşağından istifadədir. Burada söhbət əsasən transxəzər beynəlxalq nəqliyyat marşrutundan (Orta Dəhliz) gedir. Yəni Qazaxıstan neftinin Azərbaycan vasitəsilə Gürcüstan, Türkiyə və Qərb ölkələrinə ötürülməsi birinci potensial imkandır. İkinci potensial imkan Azərbaycanla Qazaxıstan arasında neft-qaz sahəsində ümumiyyətlə, energetika sahəsində əməkdaşlıqdır. Yəni birgə neft hasilatını və emalını, neft-kimya sənayesində birgə investisiya qoyuluşlarını həyata keçirməklə əməkdaşlığı inkişaf etdirməkdir".
İqtisadçı alim bildirib ki, digər sahələrdə də iki ölkə arasında əməkdaşlıq mövcuddur. Azərbaycan iş adamları Qazaxıstana investisiya qoyublar və bu potensial imkanları genişləndirmək məqsədəuyğundur. Ümumiyyətlə, hansı iqtisadi sahədə potensial imkan varsa, bundan istifadə etmək tərəflər üçün önəmlidir.
"Potensial imkanlardan çox az istifadə olunur"
Onun sözlərinə görə, bu gün əməkdaşlıq üçün iki ölkə arasında olan potensial imkanlardan çox az istifadə olunur. Qazaxıstan ilə Azərbaycanın ticarət dövriyyəsi bir neçə milyard dollara qədər qalxa bilər. Bundan başqa, tərəflər arasında turizm, balıqçılıq, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanları var.
Azərbaycan Prezidentinin Qazaxıstana səfəri
Xatırladaq ki, aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasında rəsmi səfərdə olub. Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə və geniş tərkibdə görüşləri keçirilib. Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb. Söhbət zamanı iki ölkənin nəqliyyat infrastrukturunun sinxronlaşdırılması, yüklərin daha sərbəst və sürətli keçidinin təmin edilməsinin önəmi də qeyd olunub.
Qazaxıstandan buğda idxalı artıb
Onu da əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycan Qazaxıstandan 280 min ton buğda idxal edib və bu da 2021-ci illə müqayisədə 5,3 dəfə çoxdur. Qazaxıstandan buğda idxalı 95 milyon 800 min dollara başa gəlib. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 342 dollara gətirilib.