https://sputnik.az/20230413/xn-fransani-ermenistani-texribatlara-tehrik-eden-beyanatlardan-cekinmeye-cagiririq-453722204.html
XİN: Fransanı Ermənistanı təxribatlara təhrik edən bəyanatlardan çəkinməyə çağırırıq
XİN: Fransanı Ermənistanı təxribatlara təhrik edən bəyanatlardan çəkinməyə çağırırıq
Sputnik Azərbaycan
"Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi Fransanın ölkəmizə qarşı... 13.04.2023, Sputnik Azərbaycan
2023-04-13T10:17+0400
2023-04-13T10:17+0400
2023-04-13T10:18+0400
azərbaycan xəbərləri
azərbaycan xin
xin
fransa
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_0:160:3072:1888_1920x0_80_0_0_03f0109e13887dd5937ba459dcf6a56f.jpg
BAKI, 13 aprel — Sputnik. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin 11 aprel tarixində Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanatı reallığı əks etdirmir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Qeyd edilir ki, 25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyən, münaqişənin həllinə çalışmayan, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib. Üçtərəfli bəyanata və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı Ermənistandan tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi Fransanın ölkəmizə qarşı qərəzinin nümunəsidir. "Fransa tərəfini Ermənistanı növbəti təxribatlara təhrik edən, revanşist qüvvələrə dəstək verən bu kimi bəyanatlardan çəkinməyə çağırırıq", - deyə bəyanatda deyilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_171:0:2902:2048_1920x0_80_0_0_ba039eeb77b5ecd013440ae4895f1bec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, xin, fransa
azərbaycan xin, xin, fransa
XİN: Fransanı Ermənistanı təxribatlara təhrik edən bəyanatlardan çəkinməyə çağırırıq
10:17 13.04.2023 (Yenilənib: 10:18 13.04.2023) "Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi Fransanın ölkəmizə qarşı qərəzinin nümunəsidir" - sənəddə bildirilir.
BAKI, 13 aprel — Sputnik. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin 11 aprel tarixində Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanatı reallığı əks etdirmir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Qeyd edilir ki, 25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyən, münaqişənin həllinə çalışmayan, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib.
Üçtərəfli bəyanata və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı Ermənistandan tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi Fransanın ölkəmizə qarşı qərəzinin nümunəsidir.
"Fransa tərəfini Ermənistanı növbəti təxribatlara təhrik edən, revanşist qüvvələrə dəstək verən bu kimi bəyanatlardan çəkinməyə çağırırıq", - deyə bəyanatda deyilir.