DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

WP: ABŞ 2023-cü ildə Rusiya və Ukrayna arasında sülh danışıqlarının olmasını gözləmir

© Sputnik / Владимир ТрефиловRusiya və Ukrayna bayraqları
Rusiya və Ukrayna bayraqları - Sputnik Azərbaycan, 1920, 13.04.2023
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevlə danışıqların perspektivinin olmadığını bildirib.
BAKI, 13 aprel — Sputnik. ABŞ Rusiya və Ukrayna arasında sülh danışıqlarının 2023-cü ildə olacağına inanmır.
Bu barədə "The Washington Post" qəzeti Pentaqon Kəşfiyyat İdarəsinin internetdə sızan məlumatlarına istinadən məlumat yayıb.
"İnternetə sızan məlumatlarla əlaqədar olaraq münaqişənin sona çatması ilə bağlı danışıqların 2023-cü ildə olması mümkün deyil", - məlumatda deyilir.
Bu yaxınlarda ABŞ Dövlət katibi Entoni Blinken Ukraynadakı sülh çağırışlarını münaqişəni dondurmaq məqsədi daşıyan mümkün hiyləgər tələ hesab etdiyini bildirib.
Çin Prezidenti Si Cinpin aprelin 6-da qeyd edib ki, Ukrayna böhranı üzrə prioritet atəşkəsin təşviq edilməsidir.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevlə danışıqların perspektivinin olmadığını bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xəbər lenti
0