https://sputnik.az/20230413/washington-post-pentaqonun-mexfi-senedlerini-sizdiran-sexs-melum-olub-453735500.html
"Washington Post": Pentaqonun "məxfi" sənədlərini sızdıran şəxs məlum olub
"Washington Post": Pentaqonun "məxfi" sənədlərini sızdıran şəxs məlum olub
Sputnik Azərbaycan
Nəşrin məlumatına görə, "məxfi" məlumatları hərbi bazanın əməkdaşı dərc edib. 13.04.2023, Sputnik Azərbaycan
2023-04-13T23:55+0400
2023-04-13T23:55+0400
2023-04-13T23:55+0400
pentaqon
dünya xəbərləri
məxfi sənəd
məxfi sənədlər
https://cdnn1.img.sputnik.az/img/41482/64/414826450_0:30:2048:1182_1920x0_80_0_0_f29f99a89b65be5ab72c071651d43a0b.jpg
BAKI, 13 aprel — Sputnik. ABŞ-dakı hərbi bazada işləyən gənc "məxfi" qeyd olunan sənədlərin sızmasını təşkil edə bilər. Bu barədə ABŞ-ın "The Washington Post" qəzeti yazıb. Nəşrin məlumatına görə, məxfi məlumatlar bir müddət oyunçular arasında populyar olan platformada yayımlanıb. Qəzet, "Discord"un iştirakçılardan biri ilə əlaqə saxlayıb və o, "məxfi" qeyd olunan materialların O.G. adlı istifadəçi tərəfindən yayıldığını bildirib. Nəşr qeyd edib ki, gəncin yaşı 20-dən çox deyil. O, sənədləri işlədiyi hərbi bazada tapdığını bildirib. "Discord"un üzvləri qəzetə bildiriblər ki, gənc "məxfi" sənədləri yayarkən nə etdiyini bilirmiş. Nəşrin məlumatına görə, qrupun bəzi üzvləri O.G.-nin əsl adını və harada yaşadığını da bildiklərini deyiblər. Xatırladaq ki, aprelin 7-də ABŞ Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılan hücum ərəfəsində artırılmasından bəhs edən "məxfi" qeyd olunan sənədlərin internetdə sızmasına görə araşdırmaya başlayıb. Bildirilib ki, "məxfi" qeyd olunan materiallarda Ukrayna hərbi hissələri, texnikası və əsgərlərin hazırlığı barədə məlumatlar olub. "KP.RU" saytının bu yaxınlarda yazdığına görə, aprelin 10-da "Financial Times" qəzeti bildirib ki, məxfi sənədlərin sızmasının mənbəyini tapmaq asan olmaya bilər, çünki materiallar çap edilib və fotoşəkilləri çəkilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41482/64/414826450_216:0:1832:1212_1920x0_80_0_0_14ea9b9dc85aebdcfa105f63db3e08b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pentaqon, məxfi sənəd, məxfi sənədlər
pentaqon, məxfi sənəd, məxfi sənədlər
"Washington Post": Pentaqonun "məxfi" sənədlərini sızdıran şəxs məlum olub
Nəşrin məlumatına görə, "məxfi" məlumatları hərbi bazanın əməkdaşı dərc edib.
BAKI, 13 aprel — Sputnik. ABŞ-dakı hərbi bazada işləyən gənc "məxfi" qeyd olunan sənədlərin sızmasını təşkil edə bilər.
Bu barədə ABŞ-ın "The Washington Post" qəzeti yazıb.
Nəşrin məlumatına görə, məxfi məlumatlar bir müddət oyunçular arasında populyar olan platformada yayımlanıb. Qəzet, "Discord"un iştirakçılardan biri ilə əlaqə saxlayıb və o, "məxfi" qeyd olunan materialların O.G. adlı istifadəçi tərəfindən yayıldığını bildirib. Nəşr qeyd edib ki, gəncin yaşı 20-dən çox deyil. O, sənədləri işlədiyi hərbi bazada tapdığını bildirib.
"Discord"un üzvləri qəzetə bildiriblər ki, gənc "məxfi" sənədləri yayarkən nə etdiyini bilirmiş. Nəşrin məlumatına görə, qrupun bəzi üzvləri O.G.-nin əsl adını və harada yaşadığını da bildiklərini deyiblər.
Xatırladaq ki, aprelin 7-də ABŞ Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılan hücum ərəfəsində artırılmasından bəhs edən "məxfi" qeyd olunan sənədlərin internetdə sızmasına görə araşdırmaya başlayıb. Bildirilib ki, "məxfi" qeyd olunan materiallarda Ukrayna hərbi hissələri, texnikası və əsgərlərin hazırlığı barədə məlumatlar olub.
"KP.RU" saytının bu yaxınlarda yazdığına görə, aprelin 10-da "Financial Times" qəzeti bildirib ki, məxfi sənədlərin sızmasının mənbəyini tapmaq asan olmaya bilər, çünki materiallar çap edilib və fotoşəkilləri çəkilib.