https://sputnik.az/20230413/vidadi-hesenov-azerbaycanda-ozel-teatrlar-yaranmalidir-453749663.html
Vidadi Həsənov: "Azərbaycanda özəl teatrlar yaranmalıdır"
Vidadi Həsənov: "Azərbaycanda özəl teatrlar yaranmalıdır"
Sputnik Azərbaycan
"M-Teatr"ının rəhbəri, Xalq artisti Vidadi Həsənov teatr haqqında qanunda dəyişikliyin vacib olduğunu vurğulayıb. Xalq artisti bildirib ki, rəqabət olmayan... 13.04.2023, Sputnik Azərbaycan
2023-04-13T20:15+0400
2023-04-13T20:15+0400
2023-04-13T20:15+0400
mədəniyyət
vidadi həsənov
teatr
forum
https://cdnn1.img.sputnik.az/img/42141/74/421417438_0:0:2000:1125_1920x0_80_0_0_4064510464c40674231d71a2c37a8798.jpg
BAKI, 13 aprel — Sputnik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən istedadlı tələbələrin bir hissəsi 3-4 ildən sonra taksi fəaliyyəti ilə məşğul olurlar. Bu adamların özlərini realizə etmələrinə imkan yaradılmır. Bu sözləri "M-Teatr"ının rəhbəri, Xalq artisti Vidadi Həsənov "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda deyib. Xalq artistinin sözlərinə görə, ölkədə özəl teatrlar açılmaldır: "Bunun üçün özəl teatrlar olmalıdır. Qərarlarda, qanunlarda dəyişikliklər lazımdır. Teatrların formatı dəyişilməlidir. Özəl teatrlara üstünlük verilməlidir. Hansı sahədə özəl fəaliyyət varsa, orada inkişaf var. Çünki rəqabət olmayan yerdə inkişaf da ola bilməz. Buna görə yeni özəl teatrlar yaranmalıdır. Bakıda 17 müstəqil teatr fəaliyyət göstərir. Onlardan cəmi ikisinin binası var. Qalanları orda-burda tamaşalar hazırlayıb, göstərirlər". Qeyd edək ki, ötən gün başlayan "Azərbaycan teatrı–150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumu başa çatıb. Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə reallaşan Forum iki gün davam edib. Forumda "Milli teatrın inkişaf strategiyası", "Auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması", "Marketinq və reklam strategiyası", "Teatrların fəaliyyətində fandrayzinq alternativ maliyyə mənbələri və yeni maliyyələşdirmə mexanizmləri", "Prodüser institutunun milli teatr məkanında tətbiqi", "Çağdaş teatr prosesində müstəqil teatrların rolu", "Teatrın aktual məsələlərin effektiv təbliğat platforması kimi rolu", "Sistemin qurulması və innovativ ideyaların tətbiqi zərurəti", "Müasir teatr sənətində festival hərəkatı, region teatrlarında kadr potensialı" mövzuları ətrafında müzakirələr aparılıb. Sonda sual-cavab sessiyası təşkil edilib. Xatırladaq ki, Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər "Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası" ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42141/74/421417438_174:0:1951:1333_1920x0_80_0_0_a43be9e8d6b6c8afab71369cfde272e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vidadi həsənov, teatr, forum
vidadi həsənov, teatr, forum
Vidadi Həsənov: "Azərbaycanda özəl teatrlar yaranmalıdır"
"M-Teatr"ının rəhbəri, Xalq artisti Vidadi Həsənov teatr haqqında qanunda dəyişikliyin vacib olduğunu vurğulayıb. Xalq artisti bildirib ki, rəqabət olmayan yerdə inkişaf da ola bilməz
BAKI, 13 aprel — Sputnik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən istedadlı tələbələrin bir hissəsi 3-4 ildən sonra taksi fəaliyyəti ilə məşğul olurlar. Bu adamların özlərini realizə etmələrinə imkan yaradılmır.
Bu sözləri "M-Teatr"ının rəhbəri, Xalq artisti Vidadi Həsənov "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda deyib. Xalq artistinin sözlərinə görə, ölkədə özəl teatrlar açılmaldır: "Bunun üçün özəl teatrlar olmalıdır. Qərarlarda, qanunlarda dəyişikliklər lazımdır. Teatrların formatı dəyişilməlidir. Özəl teatrlara üstünlük verilməlidir. Hansı sahədə özəl fəaliyyət varsa, orada inkişaf var. Çünki rəqabət olmayan yerdə inkişaf da ola bilməz. Buna görə yeni özəl teatrlar yaranmalıdır. Bakıda 17 müstəqil teatr fəaliyyət göstərir. Onlardan cəmi ikisinin binası var. Qalanları orda-burda tamaşalar hazırlayıb, göstərirlər".
Qeyd edək ki, ötən gün başlayan "Azərbaycan teatrı–150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumu başa çatıb. Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə reallaşan Forum iki gün davam edib.
Forumda "Milli teatrın inkişaf strategiyası", "Auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması", "Marketinq və reklam strategiyası", "Teatrların fəaliyyətində fandrayzinq alternativ maliyyə mənbələri və yeni maliyyələşdirmə mexanizmləri", "Prodüser institutunun milli teatr məkanında tətbiqi", "Çağdaş teatr prosesində müstəqil teatrların rolu", "Teatrın aktual məsələlərin effektiv təbliğat platforması kimi rolu", "Sistemin qurulması və innovativ ideyaların tətbiqi zərurəti", "Müasir teatr sənətində festival hərəkatı, region teatrlarında kadr potensialı" mövzuları ətrafında müzakirələr aparılıb.
Sonda sual-cavab sessiyası təşkil edilib.
Xatırladaq ki, Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər "Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası" ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.