https://sputnik.az/20230413/mekteb-direktoru-vezifesi-uzre-test-imtahanlarina-baslanilir-453742019.html
Məktəb direktoru vəzifəsi üzrə test imtahanlarına başlanılır
Məktəb direktoru vəzifəsi üzrə test imtahanlarına başlanılır
Sputnik Azərbaycan
Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə... 13.04.2023, Sputnik Azərbaycan
2023-04-13T18:26+0400
2023-04-13T18:26+0400
2023-04-13T18:27+0400
məktəb direktoru
təhsil
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42287/15/422871509_0:100:3077:1830_1920x0_80_0_0_9cd8cdca6d19bae49249343423c235f7.jpg
BAKI, 13 aprel — Sputnik. Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq üçün müraciət edən namizədlər üçün test imtahanı keçiriləcək. Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu barədə namizədlərin əlaqə nömrələrinə mesaj göndərilib. Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim ediləcək. Qeyd edək ki, şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul üzrə sənəd qəbulu prosesində 1500-dən çox namizəd iştirak edib. Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/15/422871509_0:0:2729:2047_1920x0_80_0_0_9ad277b758185d64cb56cfa626c6b05c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb direktoru, elm və təhsil nazirliyi
məktəb direktoru, elm və təhsil nazirliyi
Məktəb direktoru vəzifəsi üzrə test imtahanlarına başlanılır
18:26 13.04.2023 (Yenilənib: 18:27 13.04.2023) Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim ediləcək
BAKI, 13 aprel — Sputnik. Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq üçün müraciət edən namizədlər üçün test imtahanı keçiriləcək.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu barədə namizədlərin əlaqə nömrələrinə mesaj göndərilib.
Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim ediləcək.
Qeyd edək ki, şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul üzrə sənəd qəbulu prosesində 1500-dən çox namizəd iştirak edib.
Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilir.