https://sputnik.az/20230413/ki-gunluk-bahalasmadan-sonra-neft-ucuzlasmaga-baslayib-453724550.html
İki günlük bahalaşmadan sonra neft ucuzlaşmağa başlayıb
İki günlük bahalaşmadan sonra neft ucuzlaşmağa başlayıb
Sputnik Azərbaycan
Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 597 min barel artaraq 470 milyon 549 min barel təşkil edib. 13.04.2023, Sputnik Azərbaycan
2023-04-13T12:24+0400
2023-04-13T12:24+0400
2023-04-13T12:25+0400
neft
neft-qaz
neft qiymətləri
"azerilight" markalı neft
"azerilight"
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_0:172:3030:1876_1920x0_80_0_0_fa3a4f36e15fdb6f6d2ec061a32976b1.jpg
BAKI, 13 aprel — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,37 dollar azalaraq 86,96 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar ucuzlaşaraq 82,94 dollar təşkil edib. Azərbaycan neftinin qiyməti isə 2,34 dollar artaraq 90,78 dollar olub. Qeyd edək ki, ABŞ-ın kommersiya neft ehtiyatlarının artması neftin ucuzlaşmasına təsir göstərib. Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 597 min barel artaraq 470 milyon 549 min barel təşkil edib. Bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 583 min barel azalacağını proqnozlaşdırırdı. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_150:0:2881:2048_1920x0_80_0_0_76dd9afbb44d953ec9742fc7a9380180.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, neft qiymətləri, "azerilight" markalı neft, "azerilight"
neft, neft qiymətləri, "azerilight" markalı neft, "azerilight"
İki günlük bahalaşmadan sonra neft ucuzlaşmağa başlayıb
12:24 13.04.2023 (Yenilənib: 12:25 13.04.2023) Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 597 min barel artaraq 470 milyon 549 min barel təşkil edib.
BAKI, 13 aprel — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,37 dollar azalaraq 86,96 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar ucuzlaşaraq 82,94 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti isə 2,34 dollar artaraq 90,78 dollar olub.
Qeyd edək ki, ABŞ-ın kommersiya neft ehtiyatlarının artması neftin ucuzlaşmasına təsir göstərib.
Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 597 min barel artaraq 470 milyon 549 min barel təşkil edib. Bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 583 min barel azalacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.