Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Dövlət Komissiyası: əsir düşmüş şəxslə beynəlxalq hüquq normalarına uyğun davranılmalıdır

© Sputnik / Murad OrujovŞəhid Səbuhi Əhmədov İkinci Fəxri xiyabanda dəfn edilir
Şəhid Səbuhi Əhmədov İkinci Fəxri xiyabanda dəfn edilir - Sputnik Azərbaycan, 1920, 13.04.2023
Abunə olmaq
Ermənistana məxsus kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun əsgəri Axundov Hüseyn Əhliman oğluna işgəncələrin verilməsi və onunla qəddar rəftar edilməsinə dair foto və video materiallar nümayiş etdirilib.
BAKI, 13 aprel — Sputnik. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası saxlanılarkən əsgər Hüseyn Axundova qarşı ağır işgəncələrin verilməsini 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması faktı kimi qiymətləndirərək qarşı tərəfin insanlığa sığmayan bu cür amansızlığını qətiyyətlə pisləyir və əsir düşmüş şəxslərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılmasını tələb edir.
Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Dövlət Komissiyası tərəfindən əsgərlərimizin həyat və sağlamlığına qarşı yönəlmiş belə halların aradan qaldırılması və onların tezliklə azad edilməsi üçün aidiyyəti beynəlxalq təşkilatlara rəsmi qaydada müraciətlər ünvanlanaraq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə çağırış edilib.
Qeyd edək ki, Ermənistana məxsus kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun əsgəri, 07.04.2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna işgəncələrin verilməsi və onunla qəddar rəftar edilməsinə dair foto və video materiallar nümayiş etdirilib.
Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında - Sputnik Azərbaycan, 1920, 13.04.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Sahibə Qafarova Matviyenkonu Ermənistanın son hərbi təxribatı barədə məlumatlandırıb
Xəbər lenti
0