https://sputnik.az/20230413/bakida-gozelik-salonunda-kisi-arvadini-qetle-yetirib-453739834.html
Bakıda gözəlik salonunda kişi arvadını qətlə yetirib
Bakıda gözəlik salonunda kişi arvadını qətlə yetirib
Sputnik Azərbaycan
1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət... 13.04.2023, Sputnik Azərbaycan
2023-04-13T16:04+0400
2023-04-13T16:04+0400
2023-04-13T16:05+0400
gözəllik
hadisə
qətl
https://cdnn1.img.sputnik.az/img/41772/15/417721523_0:0:1920:1080_1920x0_80_0_0_d7c3a79c77835e11d9ca3fa8f498dc47.jpg
BAKI, 13 aprel — Sputnik. Prokurorluq Bakıda gözəllik salonunda baş verən qətl barədə məlumat yayıb. Binəqədi rayon prokurorluğunun yaydığı məlumata görə, aprelin 13-ü saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41772/15/417721523_43:0:1750:1280_1920x0_80_0_0_7ea203afbe76f8d78808498daef32c66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gözəllik, qətl
Bakıda gözəlik salonunda kişi arvadını qətlə yetirib
16:04 13.04.2023 (Yenilənib: 16:05 13.04.2023) 1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib
BAKI, 13 aprel — Sputnik. Prokurorluq Bakıda gözəllik salonunda baş verən qətl barədə məlumat yayıb.
Binəqədi rayon prokurorluğunun yaydığı məlumata görə, aprelin 13-ü saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.