CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Rusiya avtomobil yolunda yeni yerüstü piyada keçidinin inşasına start verilib

© Photo : Azerbaijan Highway State AgencyYeni yerüstü piyada keçidinin inşasına start verilib
Yeni yerüstü piyada keçidinin inşasına start verilib
 - Sputnik Azərbaycan, 1920, 13.04.2023
Abunə olmaq
Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub
BAKI, 13 aprel — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28.5-ci km-də yeni yerüstü piyada keçidi tikilir.
Layihə üzrə keçidin ümumi uzunluğu 45 metr, eni 3.5 metr, pilləkənlərin eni 2.5 metrdir. Məlumata görə, yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır.
Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır.
© Photo : Azerbaijan Highway State AgencyYeni yerüstü piyada keçidinin inşasına start verilib
Yeni yerüstü piyada keçidinin inşasına start verilib
 - Sputnik Azərbaycan, 1920, 13.04.2023
Yeni yerüstü piyada keçidinin inşasına start verilib
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Xəbər lenti
0