https://sputnik.az/20230413/3-nomreli-usaq-evinin-direktoru-isden-cixarilib-453725885.html
3 saylı Uşaq evində yoxlama aparılıb
3 saylı Uşaq evində yoxlama aparılıb
Sputnik Azərbaycan
Son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı... 13.04.2023, Sputnik Azərbaycan
2023-04-13T15:50+0400
2023-04-13T15:50+0400
2023-04-13T15:50+0400
uşaq evi
cəmiyyət
direktor
işdən çıxarılma
https://cdnn1.img.sputnik.az/img/42404/00/424040073_0:70:1340:824_1920x0_80_0_0_d18f32b0b15178c5726f0105bff9fd1e.jpg
BAKI, 13 aprel — Sputnik. Sosial şəbəkə və kütləvi informasiya vasitələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 saylı Uşaq Evinin fəaliyyəti ilə bağlı yayılmış video məlumata əsasən "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın 6.4-cü bəndinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemlər Dövlət Komitəsi aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupu ilə birgə qeyd olunan müəssisədə növbədənkənar monitorinq keçirib. Bu barədə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, monitorinq zamanı müəssisədə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, ümumi qiymətləndirmə aparılıb, müşahidə edilən məqamlar ekspertlər qrupunun rəyi əsasında aktlaşdırılıb. Qeyd edilib ki, məlumat aidiyyəti quruma təqdim ediləcəkdir. Monitorinq Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığına müvafiq olaraq təşkil edilib. Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən uşaq evi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə uşaqlara olan qulluq, onların necə qidalandığı barədə nöqsanlar haqqında məlumat verilib və bildirilib ki, müəssisədə uşaqlara quru çörək verirlər. Həmin görüntüdə yer alan uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilib, bunun direktor Məhbubə Hüseynovanın göstərişi ilə edildiyi bildirilib. Həmin videonu çəkən uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışan Gülcan Nağıyeva isə işdən azad olunub. Xatırladaq ki, müəssisənin direktoru Məhbubə Hüseynova bu gün tutduğu vəzifədən azad edilib.***Bu gün, Xətai rayonu 3 nömrəli Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib. İcra Hakimiyyətindən verilən xəbərə görə, qeyd olunub ki, müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib. Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib. Xüsusi olaraq qeyd edilib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə yüksək nailiyətlər əldə olunur və odur ki, bu inkişaf tempinə uyğun olaraq burada tərbiyə alan uşaqlar üçün müvafiq tədbirlər planı hazırlanmalı və onun həyata keçirilməsi təmin olunmalıdır. Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən uşaq evi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Görüntülərdə uşaqlara olan qulluq, onların necə qidalandığı barədə nöqsanlar haqqında məlumat verilmiş, bildirilmişdi ki, müəssisədə uşaqlara quru çörək verirlər. Həmin görüntüdə yer alan uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilmiş, bunun direktor Məhbubə Hüseynovanın göstərişi ilə edildiyi bildirilmişdi. Həmin videonu çəkən uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışan Gülcan Nağıyeva isə işdən azad olunmuşdu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42404/00/424040073_74:0:1266:894_1920x0_80_0_0_35e9a1161119a1fab6e56c2c4aad1b4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq evi, direktor, işdən çıxarılma
uşaq evi, direktor, işdən çıxarılma
3 saylı Uşaq evində yoxlama aparılıb
Son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib
BAKI, 13 aprel — Sputnik. Sosial şəbəkə və kütləvi informasiya vasitələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 saylı Uşaq Evinin fəaliyyəti ilə bağlı yayılmış video məlumata əsasən "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın 6.4-cü bəndinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemlər Dövlət Komitəsi aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupu ilə birgə qeyd olunan müəssisədə növbədənkənar monitorinq keçirib.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, monitorinq zamanı müəssisədə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, ümumi qiymətləndirmə aparılıb, müşahidə edilən məqamlar ekspertlər qrupunun rəyi əsasında aktlaşdırılıb.
Qeyd edilib ki, məlumat aidiyyəti quruma təqdim ediləcəkdir. Monitorinq Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığına müvafiq olaraq təşkil edilib.
Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən uşaq evi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə uşaqlara olan qulluq, onların necə qidalandığı barədə nöqsanlar haqqında məlumat verilib və bildirilib ki, müəssisədə uşaqlara quru çörək verirlər.
Həmin görüntüdə yer alan uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilib, bunun direktor Məhbubə Hüseynovanın göstərişi ilə edildiyi bildirilib. Həmin videonu çəkən uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışan Gülcan Nağıyeva isə işdən azad olunub. Xatırladaq ki, müəssisənin direktoru Məhbubə Hüseynova bu gün tutduğu vəzifədən azad edilib.
Bu gün, Xətai rayonu 3 nömrəli Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.
İcra Hakimiyyətindən verilən xəbərə görə, qeyd olunub ki, müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.
Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Xüsusi olaraq qeyd edilib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə yüksək nailiyətlər əldə olunur və odur ki, bu inkişaf tempinə uyğun olaraq burada tərbiyə alan uşaqlar üçün müvafiq tədbirlər planı hazırlanmalı və onun həyata keçirilməsi təmin olunmalıdır.
Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən uşaq evi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Görüntülərdə uşaqlara olan qulluq, onların necə qidalandığı barədə nöqsanlar haqqında məlumat verilmiş, bildirilmişdi ki, müəssisədə uşaqlara quru çörək verirlər.
Həmin görüntüdə yer alan uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilmiş, bunun direktor Məhbubə Hüseynovanın göstərişi ilə edildiyi bildirilmişdi. Həmin videonu çəkən uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışan Gülcan Nağıyeva isə işdən azad olunmuşdu.