https://sputnik.az/20230412/zelenski-son-tesir-gucunu-itirmeden-danisiqlara-raziliq-vermelidir---daniel-kovani-453686679.html
Zelenski son təsir gücünü itirmədən danışıqlara razılıq verməlidir - Daniel Kovani
Zelenski son təsir gücünü itirmədən danışıqlara razılıq verməlidir - Daniel Kovani
Sputnik Azərbaycan
Qərbin müdafiə sənayesi kompleksi Ukrayna ordusunun ehtiyaclarını ödəyə bilmir. 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T21:49+0400
2023-04-12T21:49+0400
2023-04-12T21:49+0400
vladimir zelenski
dünya xəbərləri
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451279271_0:198:3071:1925_1920x0_80_0_0_584ed05fa3d3eb82aab63e17ca49ff4b.jpg
BAKI, 12 aprel — Sputnik. Honkonqun "South China Morning Post" qəzetinin icmalçısı Daniel Kovani Ukrayna Prezidenti Vladimir Zelenskini vəziyyətlə bağlı son təsir gücünü itirmədən münaqişənin diplomatik yolla həll olmasına çağırıb. Bu barədə Rusiya mediası xəbər verib. "Ukrayna liderləri son təzyiq gücləri yoxa çıxmamış öz qürurlarını udmalı və sülh bağlamalıdırlar, münaqişənin axırını və nəticələrini müəyyənləşdirərkən heç bir səs hüququna sahib olmayacaqlar", - deyə ekspert bildirib. Məqalədə qeyd olunur ki, Ukrayna ordusu artıq mərmi qıtlığı yaşayır və Kiyevin müttəfiqlərinin istehsal gücləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) ehtiyaclarını təmin edə bilmir. Kavani hesab edir ki, avropalı siyasətçilər tezliklə Zelenskiyə verdikləri vədləri yerinə yetirə bilməyəcəklər. Oxşar fikri bu yaxınlarda amerikalı hərbi analitik Şon Bell deyib. Onun sözlərinə görə, 2023-cü ilin yazında Ukrayna ordusunun gözlənilən əks-hücumu münaqişənin sonu ola bilər. Bell, Qərbin zəifləyən dəstəyi fonunda Rusiyanın qələbəsinə səbəb olan bu hücumda USQ-nin "tezliklə tükənəcəyini" hesab edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451279271_289:0:3020:2048_1920x0_80_0_0_ef55a513b333bd5112cb66b27d6074fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, ukrayna, rusiya
vladimir zelenski, ukrayna, rusiya
Zelenski son təsir gücünü itirmədən danışıqlara razılıq verməlidir - Daniel Kovani
Qərbin müdafiə sənayesi kompleksi Ukrayna ordusunun ehtiyaclarını ödəyə bilmir.
BAKI, 12 aprel — Sputnik. Honkonqun "South China Morning Post" qəzetinin icmalçısı Daniel Kovani Ukrayna Prezidenti Vladimir Zelenskini vəziyyətlə bağlı son təsir gücünü itirmədən münaqişənin diplomatik yolla həll olmasına çağırıb.
Bu barədə Rusiya mediası xəbər verib.
"Ukrayna liderləri son təzyiq gücləri yoxa çıxmamış öz qürurlarını udmalı və sülh bağlamalıdırlar, münaqişənin axırını və nəticələrini müəyyənləşdirərkən heç bir səs hüququna sahib olmayacaqlar", - deyə ekspert bildirib.
Məqalədə qeyd olunur ki, Ukrayna ordusu artıq mərmi qıtlığı yaşayır və Kiyevin müttəfiqlərinin istehsal gücləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) ehtiyaclarını təmin edə bilmir. Kavani hesab edir ki, avropalı siyasətçilər tezliklə Zelenskiyə verdikləri vədləri yerinə yetirə bilməyəcəklər.
Oxşar fikri bu yaxınlarda amerikalı hərbi analitik Şon Bell deyib. Onun sözlərinə görə, 2023-cü ilin yazında Ukrayna ordusunun gözlənilən əks-hücumu münaqişənin sonu ola bilər. Bell, Qərbin zəifləyən dəstəyi fonunda Rusiyanın qələbəsinə səbəb olan bu hücumda USQ-nin "tezliklə tükənəcəyini" hesab edir.