CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdən daşıma həyata keçirən iki şirkətlə bağlı Baş Prokurorluğa müraciət edilib

© Official website of President of Azerbaijan RepublicBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
Çoxsaylı istehlakçı müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baxılıb.
BAKI, 12 aprel — Sputnik. Daşıma şirkətləri tərəfindən istehlakçıların hüquqlarının pozulması ilə bağlı faktlar müəyyən edilib. Xarici ölkələrdən daşıma xidmətini həyata keçirən "Mover" MMC və "Cargo Line" MMC tərəfindən yol verilən qanunsuzluqlar barədə çoxsaylı istehlakçı müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baxılıb.
Xidmətdən bildiriblər ki, müraciətlər əsasən bağlamaların istehlakçılara çatdırılma müddəti, vaxtı və statusu barədə məlumatların düzgün təqdim edilməməsi, bağlamaların itirilməsi, eləcə də istehlakçılar tərəfindən ödənilən vəsaitin geri qaytarılmaması ilə bağlı olub.
Müraciətlərin araşdırılması zamanı istehlakçıların aldadılmasına dair ilkin dəlillər aşkar olunduğundan qeyd olunan şirkətlərin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0