https://sputnik.az/20230412/ulu-onder-heyder-eliyevin-irsi-xalqimizin-qelbinde-ebedi-yasayacaq-453708813.html
Ulu Öndər Heydər Əliyevin irsi xalqımızın qəlbində əbədi yaşayacaq
Ulu Öndər Heydər Əliyevin irsi xalqımızın qəlbində əbədi yaşayacaq
Sputnik Azərbaycan
Ali Hərbi Məktəbin rəisi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsinin, müasir gənclik tərəfindən... 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T18:53+0400
2023-04-12T18:53+0400
2023-04-12T18:53+0400
heydər əliyev
heydər əliyev ili
ali hərbi məktəb
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442905233_0:0:2000:1125_1920x0_80_0_0_9e3315b0538d0035ffe0f3f3e4501705.jpg
BAKI, 12 aprel — Sputnik. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Ali Hərbi Məktəbin rəisi, general-mayor İlqar Məmmədov Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edərək Ulu Öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd edib.Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin uzun illər işğal altında olan torpaqların azad edilməsi ilə bağlı olduğunu vurğulayan İ.Məmmədov bu istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib.O, müqəddəs missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri ilə başa çatdırıldığını diqqətə çatdırıb. İ.Məmmədov Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsini, müasir gənclik tərəfindən Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin müdiri Hacı Həsənov xalqın ən ağır, taleyüklü dövründə Ümummilli Lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğısından geniş bəhs edib.Ulu Öndərin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışaraq Ali Hərbi Məktəbin şəxsi heyətinə geniş məlumat verib. Tədbirin sonunda qonaqlar və Ali Hərbi məktəbin kollektivi Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442905233_0:0:2000:1501_1920x0_80_0_0_2392cac7c9c81b8a671244ed65782030.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
heydər əliyev, ali hərbi məktəb
heydər əliyev, ali hərbi məktəb
Ulu Öndər Heydər Əliyevin irsi xalqımızın qəlbində əbədi yaşayacaq
Ali Hərbi Məktəbin rəisi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsinin, müasir gənclik tərəfindən Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb.
BAKI, 12 aprel — Sputnik. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Ali Hərbi Məktəbin rəisi, general-mayor İlqar Məmmədov Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edərək Ulu Öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd edib.
Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin uzun illər işğal altında olan torpaqların azad edilməsi ilə bağlı olduğunu vurğulayan İ.Məmmədov bu istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib.
O, müqəddəs missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri ilə başa çatdırıldığını diqqətə çatdırıb.
İ.Məmmədov Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsini, müasir gənclik tərəfindən Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin müdiri Hacı Həsənov xalqın ən ağır, taleyüklü dövründə Ümummilli Lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğısından geniş bəhs edib.
Ulu Öndərin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışaraq Ali Hərbi Məktəbin şəxsi heyətinə geniş məlumat verib.
Tədbirin sonunda qonaqlar və Ali Hərbi məktəbin kollektivi Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.