SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə vətəndaşlarının Azərbaycanda səs verəcəyi tarix və ünvan açıqlanıb

© Sputnik / Murad OrujovTürkiyənin Bakıdakı səfirliyi
Türkiyənin Bakıdakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib ki, diplomatik nümayəndəliyin binasında seçki məntəqəsi fəaliyyət göstərəcək.
BAKI, 12 aprel — Sputnik. Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı bu ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlanıb.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib ki, diplomatik nümayəndəliyin binasında (Səməd Vurğun küçəsi 134) seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermə mayın 5-7-də saat 09-dan 21-dək davam edəcək.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan, Millət İttifaqının namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və Ata İttifaqının namizədi Sinan Oğandır.
Cümhur İttifaqına Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.
Millət İttifaqında Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
Ata İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.
Xəbər lenti
0