DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə prezidentliyinə namizəd: Rusiya ilə münasibətlər etimad əsasında qurulmalıdır

© AFP 2024 / ADEM ALTANMəhərrəm İncə
Məhərrəm İncə - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
Türkiyənin xarici ticarətinin əhəmiyyətli bir hissəsi Rusiya ilə həyata keçirilir. Ölkələr arasında turizm və enerji resursları sahələrində əlaqələr mövcuddur.
BAKI, 12 aprel — Sputnik. Hakimiyyətə gələcəyim təqdirdə Rusiya ilə münasibətləri güclü və etimada əsasən qurmaq niyyətindəyəm.
Bunu Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncə "RİA Novosti" agentliyinə müsahibəsində söyləyib.
"Biz Rusiya ilə yaxşı münasibətlər istəyirik. O, bizim ən vacib qonşularımızdan biridir", - deyə İncə bildirib.
O, Türkiyənin xarici ticarətinin əhəmiyyətli hissəsinin Rusiya ilə həyata keçirildiyini, ölkələr arasında turizm və enerji resursları sahələrində əlaqələrin olduğunu diqqətə çatdırıb.
"Biz Rusiya Federasiyası ilə daha da güclü, daha yaxşı və etimada əsaslanan əlaqələr qurmaq istərdik ki, onlar təkcə hökumətlər arasında təmaslarla məhdudlaşmasın", - İncə deyib.
Xatırladaq ki, o, 2018-ci il prezident seçkilərində müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi iştirak edib və 30%-dən çox səs toplayıb, lakin sonradan CHP-dən ayrılaraq özünün "Məmləkət" partiyasını yaradıb. İncə namizədliyinin qeydə alınması üçün 100 mindən çox seçici imzası toplaya bilib. Müxtəlif sorğuların nəticələrinə görə, hazırda seçicilərin ən azı 8-10 faizi İncəyə səs verməyə hazırdır.
Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Hazırkı prezident Tayyib Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğludur. Millət ittifaqı blokunun vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu prezidentlik uğrunda mübarizəyə ilk dəfə qatılacaq.
Kılıçdaroğluna dəstək verəcəklərini bəyan edən partiyalar arasında CHP, İYİ, DEVA, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası, Xalq Qurtuluş Partiyası, Türkiyə Dəyişiklik Partiyası və Türkiyə Kommunist Partiyası var. Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyinin irəli sürülməsinə qərarı CHP və İYİ partiyasının parlament qrupları verib.
Seçkilərdə "Memleket" partiyasının lideri Məhərrəm İncə və "Ata ittifaqı"nın namizədi Sinan Oğan da iştirak edirlər. Əgər namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, onda ikinci tur olacaq və bu, mayın 28-də keçiriləcək.
Xəbər lenti
0