DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp siyasətçilər arasında Putin, Si Tsinpin və Kim Çen Inı ən ağıllı insanlar adlandırıb

© AFP 2023 / CHANDAN KHANNADonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
ABŞ-ın sabiq prezidenti Rusiya, Çin və Şimali Koreya liderlərini ABŞ siyasətçiləri ilə müqayisə edib.
BAKI, 12 aprel — Sputnik. Vladimir Putin, Si Tsinpin və Kim Çen In dünya siyasi elitasında ən ağıllı insanlardır.
Bunu ABŞ-ın sabiq Prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə deyib.
Tramp Rusiya, Çin və Şimali Koreya liderlərini Amerika siyasətçiləri ilə müqayisə edib və bu müqayisə ABŞ siyasətçilərinin xeyrinə olmayıb.
"Onların hamısı ən yaxşısıdır. Bizimkilər belə deyil və heç vaxt da belə olmayıblar. Bu insanlar öz oyunlarında ən yaxşısıdırlar", - deyə Donald Tramp bildirib.
Amerikalı siyasətçi Vladimir Putin və Kim Çen Inı "çox ağıllı", Si Tsinpini isə "parlaq insan" adlandırıb.
Həmçinin Donald Tramp ABŞ prezidenti olduğu dövrdə Putinlə münasibətlərini "mükəmməl" adlandırıb və Putinin Ukraynaya xüsusi münasibətini də qeyd edib.
"Mən onun Ukraynanı necə sevdiyini və onu Rusiyanın bir hissəsi kimi hesab etdiyini görmüşəm", - deyə Tramp vurğulayıb.
Bu yaxınlarda ABŞ-ın sabiq Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni dərhal başa çatdırmağa çağırıb. O, bir daha Putin və Zelenski ilə danışıqlar vasitəsilə Ukraynada cəmi 24 saat ərzində sülhün əldə olunmasına kömək etməyə hazır olduğunu bildirib.
Xəbər lenti
0